Əliağa Şıxlinskinin büstü qoyulub, məzarı abadlaşdırılacaq
Turan
08:59 22.08.2020
Tarix
1491
Elçin Şıxlı: "Yaxşı təşəbbüsdür, sağ olsunlar"
Azərbaycanın məşhur generalı Əliağa Şıxlinskinin büstü qoyulacaq. Bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva məlumat verib. Deputat vurğulayıb ki, ötən aylarda, generalın varislərinin müraciəti əsasında Mədəniyyət komitəsində görüş keçirilib: “Bir neçə gün əvvəl dünya şöhrətli əfsanəvi Azərbaycan generalı Əliağa Şıxlinskinin anım günü idi. Ötən aylarda, generalın bəzi varislərinin müraciəti əsasında Mədəniyyət komitəsində görüşmüş, onların xahişi əsasında, generalın və ailə üzvlərinin Yasamal qəbiristanlığında yerləşən məzarının və ətrafının abadlaşdırılması, məzar üzərinə büstün qoyulmasına köməklik göstərilməsi üçün əlaqədar qurumlara rəsmi məktubla müraciət etmişdik.
Məmnunluqla bildirmək istərdik ki, Azərbaycan Əlahiddə Korpusunun yaradılmasında, Hərbiyyə Nazirliyinin və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun təşəkkülü və formalaşmasında fədakarçasına çalışmış, ömrünün sonunadək vətəninə sədaqətlə xidmət etmiş görkəmli şəxsiyyətin xatirəsini əziz tutmaqla bağlı müraciətimiz öz müsbət həllini tapıb. Nazirlər Kabinetinə Mədəniyyət komitəsi adından təşəkkürümü bildirirəm”.
Q.Paşayeva bildirib ki, Nazirlər Kabinetindən verilən məlumata görə, yaxın zamanda bərpa işləri yüksək səviyyədə yerinə yetiriləcək:
“Dünya şöhrətli general-leytenantın məzarının və çevrəsinin abadlaşdırılması, büstünün qoyulması tariximizə və böyük şəxsiyyətlərə verilən dəyərin ifadəsi kimi çox vacibdir. Gələcəkdə vətənpərvər gənclərimizin ziyarət yerlərindən biri olacaq. Bir daha Nazirlər Kabinetinə şəxsim və Mədəniyyət Komitəsi adından təşəkkür edirəm”.
Əliağa Şıxlınskinin büstünün qoyulması xəbəri ilə bağlı “Şərq”ə açıqlama verən generalın qohumu, tanınmış jurnalist Elçin Şıxlı məsələni gündəmə gətirənlərə öz təşəkkürünü bildirib:
“Yaxşı təşəbbüsdür, sağ olsunlar. Əvvəla onu deyim ki, müraciət edənlər arasında mən olmamışam. Ümumiyyətlə, bu məsələdən xəbərim olmayıb və heç generalın varislərini də tanımıram.
Amma büstün qoyulması təklifini və abadlaşdırma işini müsbət dəyərləndirirəm. Sadəcə bir məsələ var ki, məzarın yeri çox dar və balacadır. Məzar Nigar xanımın lap yanındadır. İndi oranı necə edəcəklər, nə cür təmizləyəcəklər, bilmirəm. Bir az çətindir. Hər halda münasibətim müsbətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi