Əsgərə hədiyyəni yalnız və yalnız Dövlət verə bilər. Dövlət Vətəndir. O Vətən ki, vətəndaşını ordu sıralarına çağırır, onu əsgər edir, xidmətlərini də dəyərləndirir. Vətənin bu missiyasını fərdin öz üzərinə götürməsi ayrı-ayrı hallarda cəmiyyətdə xoş qarşılanan, pozitiv emosiyalar yaradan hadisə olsa da, sonradan acı nəticələr verə bilər". Bu sözləri tanınmış jurnalist Elçin Alıoğlu şəxsi sosial media hesabında yazıb.
Əsgər arxayın olsun!
06:24 18.11.2020
Tarix
1284
Savaşdan dönən hərbçilərə dövlət tərəfindən həmişə qayğı olacaq
"Kimi əsgərə maşın verir, kimi bahalı telefon alır, kimi başqa hədiyyəni ərmağan edir. Hissləri, istəkləri anlayıram. Hədiyyə alanı da, hədiyyə verəni də başa düşməyə çalışıram. Amma bütün bunlar yaxşıdırmı? Birmənalı olaraq yox. Fikirlərim ola bilsin xoşagəlməz təsir bağışlasın, lakin hərbçilərə, Vətən müdafiəçilərinə belə "prezent"lər Qarabağın Qurtuluş savaşının ucuzlaşdırılmasıdır.
Əsgərə hədiyyəni yalnız və yalnız Dövlət verə bilər. Dövlət Vətəndir. O Vətən ki, vətəndaşını ordu sıralarına çağırır, onu əsgər edir, xidmətlərini də dəyərləndirir. Vətənin bu missiyasını fərdin öz üzərinə götürməsi ayrı-ayrı hallarda cəmiyyətdə xoş qarşılanan, pozitiv emosiyalar yaradan hadisə olsa da, sonradan acı nəticələr verə bilər". Bu sözləri tanınmış jurnalist Elçin Alıoğlu şəxsi sosial media hesabında yazıb.
Məsələ ilə bağlı “Şərq”ə danışan sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, son zamanlar əsgərlərimiz tərəfindən səsləndirilən bu istəklər təbii ki, düzgün deyil. Sosioloq bildirdi ki, bütün bunlar bu sahədə olan boşluqlardan irəli gəlir:
"Görünür ki, bizim bu istiqamətdə lazımi maarifləndirmə işimiz arzuolunan səviyyədə olmayıb. Bildirim ki, burada iki faktor əsas rol oynayır. Birincisi, insanlarımızda olan maddiyyatçılıq istəyi, ikincisi, bu sahədə olan boşluqlar.
Çünki hərbidən gələn əsgər bilməlidir ki, ona dövlət tərəfindən qayğı olacaq, yəni onların arxayınçılığı olmalıdır. Görünür ki, yoxdur. Eyni zamanda bilməlidirlər ki, belə şeyləri hündürdən danışmaq, alver etmək yaxşı bir ənənə deyil.
Təəssüf ki, son illər vətənpərvərlik hisslərimiz güclənsə də, eyni zamanda maddiyyatçılıq hissi də paralel olaraq qüvvətlənib. Təbii ki, bunlar bu gün bütün dünyada imici qalxan bir Azərbaycan əsgərinin, Azərbaycan döyüşçüsünün adına layiq hərəkət deyil.
Hesab edirəm ki, onları təxlis etməmişdən qabaq və ya müharibə qurtarandan sonra yığışıb maarifləndirici söhbətlər aparılmalı idi. Görünən odur ki, bu söhbətlər onlarla aparılmayıb.
Hərbiçilərimiz birmənalı olaraq bilməli idilər ki, belə hərəkətlər ordumuzun, xalqımızın müsbət imicini formalaşdırmır. Müəyyən qədər də hər kəs məlumatlı olmalı idi ki, müharibədə doğrudan da qanını tökən, mübarizə aparan əsgərlərə diqqət və qayğı olacaq. Çünk tarix boyu belə olub.
Məsələn, İkinci Dünya müharibəsindən sonra Sovet dövründə əsgərlərə doğrudan da qayğı göstərirdilər. Bu gün biz məğlub ordu deyilik, qalib orduyuq! Qalib ordunun əsgərlərinə bütün tarix boyu faydası olub. İndi də belə olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm