Eyni Günün İşığı - Umummilli lider Heydər Əliyevin anım gününə 

Bəzən insanın taleyində elə tarixlər olur ki, o gün sadəcə təqvimdə bir rəqəm deyil — bir ömürlük mənəvi bağa çevrilir. Mənim doğulduğum gün də belə günlərdəndir. Çünki bu tarix təkcə mənim dünyaya göz açdığım gün deyil, həm də Azərbaycanın böyük oğlu, dövlətçilik tariximizin memarı Ümummili lider Heydər Əliyevin doğum günüdür.

Uşaqlıqdan bu uyğunluğu eşitdikcə qəribə bir sevinc hissi keçirirdim. Sanki taleyim məni böyük bir adla eyni zamanın nəfəsinə bağlamışdı. Zaman keçdikcə anladım ki, bu sadəcə təsadüf deyil — bu, insanın özünü daha məsuliyyətli hiss etməsinə səbəb olan mənəvi bir paydır. Çünki Böyük Şəxsiyyətlə eyni gündə doğulmaq yalnız xoşbəxtlik deyil, həm də həyat qarşısında daha düzgün, daha vicdanlı yaşamaq borcudur.

Hər il ad günüm yaxınlaşanda düşünürəm ki, tarix bəzən insanlara xüsusi mesajlar göndərir. Mənim üçün bu mesaj sadədir: yaşadığın ömür vətənə sevgi, xalqa xidmət və mənəvi dəyərlərə sədaqətlə ölçülür. Bu tarix mənə sadəcə yaşımın artdığını yox, məsuliyyətimin də böyüdüyünü xatırladır.

Ad günüm mənim üçün yalnız ailəvi sevinc deyil. Bu gün eyni zamanda Azərbaycanın müstəqillik iradəsini, dövlətçilik ənənələrini və xalqın gələcəyə inamını simvolizə edən bir gündür. Ona görə də hər dəfə şamları üfürərkən ürəyimdə bir arzu deyil, bir dua yaranır — bu torpaq həmişə güclü olsun, xalqımız daim birlik içində yaşasın.

Mən fəxr edirəm ki, ömrümün başlanğıcı belə Böyük bir Adla eyni tarixə yazılıb. Qürur duyuram ki, doğulduğum gün yalnız şəxsi taleyimə deyil, milli yaddaşımıza da bağlıdır. Bu uyğunluq mənə hər il bir həqiqəti xatırladır: insan öz həyatını böyük idealların işığında yaşadıqda ömür daha mənalı olur.

Və mənim ad günümün ən böyük mənası da məhz bundadır — bu gün Azərbaycan tarixində silinməz iz qoymuş, xalqına dövlət qurmağın, milli kimliyi qorumağın və gələcəyə inamla baxmağın yolunu göstərmiş böyük liderin günüdür.

Çünki həmin tarix yalnız mənim doğum günüm deyil…

o gün Heydər Əliyevin Azərbaycana bəxş etdiyi liderlik iradəsinin, dövlətçilik məktəbinin və əbədiyaşar ideyalarının doğulduğu gündür.

Bu səbəbdən hər il ad günümü qeyd edərkən özümə deyirəm:

eyni gündə doğulmaq mənim xoşbəxtliyimdirsə, o Adı daşıyan tarixlə yaşamaq mənim qürurumdur.

Ruhun şad olsun, Ulu öndər!

Sevinç Əliyeva, 

BDU- nun Jurnalistika fakültəsinin dekan müavini.