Heydər Əliyev-bu ad tək bir sözlə çulğalaşır: XİLASKAR!
Turan
12:49 15.06.2020
Tarix
2556
“Heydər Əliyev Azərbaycanımızı oddan-alovdan, təhlükələrdən xilas edib”
“Azərbaycançılıq məfkurəsinin müəllifi, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev ölkəmizi bütün dünyaya tanıdıb, ona əbədi müstəqillik bəxş edib”
"Heydər Əliyev öz varlığı ilə düşüncələrdə çıraq yandırmış dahi şəxsiyyətdir".
Bunu "Sherg.az"a politoloq Şəbnəm Həsənova deyib.
Siyasi şərhçi bildirib ki, Azərbaycan tarixinin şanlı səhifələri çoxdur:
"1993-cü ilin iyunun 15-i isə özünəməxsus çəkiyə malikdir. Çünki məhz bu tarixdə Azərbaycan yox olmaq təhlükəsindən xilas edildi. Mövcudiyyəti, taleyi sual altında olan bir xalqa yenidən nəfəs verildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada cərəyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Onun yerinə yetirdiyi bu missiya sayəsində Azərbaycanın hərtərəfli inkişafının təməli qoyuldu.
1993-cü ildə respublikamız mürəkkəb və çıxılmaz sınaqlarla üz-üzə qalanda xalqımız növbəti dəfə də yeganə xilaskar kimi Heydər Əliyevə üz tutdu və məhz onu rəhbər olaraq görmək istədi. Naxçıvandan Bakıya gələn Heydər Əliyev öz zəkası, müdrikliyi və qətiyyəti ilə respublikamızı məhv olmaqdan, millətimizi deqradasiyaya uğramaqdan xilas etdi. Müstəqilliyimizi qorudu və müasir Azərbaycan dövlətinin qurucusuna, Azərbaycançılıq məfkurəsinin müəllifinə çevrildi. Milli kimliyimizi, dilimizi, inancımızı, adət-ənənələrimizi ağır təhdidlərdən və məhv olmaqdan xilas etdi".
Ş.Həsənova qeyd edib ki, məhz bu haqlı səbəblərdən 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz həqiqətən də yox olmaq təhlükəsindən xilas edilib:
"Heydər Əliyev öz varlığı ilə düşüncələrdə yeni bir çıraq yandırmış dahi şəxsiyyətdir. Azərbaycançılıq məfkurəsinin müəllifi, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev ölkəmizi bütün dünyaya tanıdıb, ona əbədi müstəqillik bəxş edib, Vətənimizi, bizim ümumi evimiz olan Azərbaycanımızı oddan-alovdan, təhlükələrdən xilas edib.
Ən önəmlisi isə məhv olmağın astanasında dayanan xalqımızın milli qürurunu özünə qaytarıb. Ulu öndər Azərbaycanda vətəndaş müharibəsinə, separatizmə, qardaş qırğınına son qoydu. Daxili və xarici təzyiqlərin, təhdidlərin, hücumların, bütün neqativ vəziyyətin qarşısını alan Heydər Əliyev mürəkkəb bir zaman çərçivəsində Azərbaycanın bütövlüyünü qoruyub saxlaya bildi".
Analitik vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin ən parlaq səhifələrindən birini təşkil edir:
"Qədirbilən xalqımız da öz xilaskarının xidmətlərini unutmur. Bu məsələdə bu gün gənc nəslin də üzərinə böyük məsuliyyət düşür. Heydər Əliyevin misilsiz fəaliyyətini, fədakarlığını unutmamaq, gələcək nəsillərə ötürmək hər birimizin o dahi şəxsiyyətə olan vəfa borcudur. Çünki bu gün Azərbaycanın əldə etdiyi bütün uğurların kökündə Heydər Əliyevin siyasi uzaqgörənliyi, mərdliyi, cəsarəti və xalqa bağlılığı dayanır.
Heydər Əliyev-bu ad tək bir sözlə çulğalaşır: XİLASKAR! Ulu öndər tərəfindən min bir əziyyətlə, öz həyatı bahasına açılan bu keşməkeşli yolda bu gün cənab Prezident İlham Əliyev qətiyyətlə, inamla irəliləyir. 15 iyun Milli Qurtuluş gününün məntiqi davamıdır ki, Azərbaycan regionda və dünyada nüfuzunu artıra bilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi