İlbər Ortaylının dəfn olunacağı yerdə Azərbaycanlı maarifçi də uyuyur - Akif Aşırlı

“Əkinçi”dən sonra “Ziya”nı yaradan Hacı Səid Ünsizadə Azərbaycanda yetərincə tanınmır"

"Açıqlandı. İlbər Oltaylı hocamız bazar ertəsi Fatih Cəzirəsində dəfn ediləçək. Türk tarixinin böyük qurucuları, sərkərdələri, aydınları və Fatih Sultan Mehmetin uyduğu məzarlıqda haqqın dərgahına qovuşacaq".

Sherg.az xəbər verir ki, bu sözləri Azərbaycan Türk Ocağının başqanı, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib. Onun sözlərinə görə, bu məzarlıqda Azərbaycanın hələ də yetərincə tanımadığı, dəyər vermədiyi tarixi şəxsiyyətlərdən birinin də son mənzili var:

Bu, "Əkinçi" qəzetindən sonra 1879-cu ildə "Ziya" qəzetini yaradan və ilk anadilli mətbəəmizin sahibi, Qafqaz Ruhani idarəsi Məçlis üzvü, Şamaxıda ilk Avropa tipli məktəb yaradan Hacı Səid Ünsizadədir. Ailə üzvləri, qardaşları Cəlal və Kamal Ünsizadə ilə birgə bir sıra qəzet və dərgi yaradan bu böyük şəxsiyyət təqribən 1900 - cu ildə Rus imperiyasının təqibindən, cəzasından yaxa qurtararaq Türkiyəyə köçüb. Dərin bilgisi, məntiqi, Qafqazı və Türkistanı yaxşı tanımasından dolayı Sultan sarayına dəvət olunub, ll Əbdülhəmidin qarşısına cıxarılıb, görüşüb. Hacı Səid Ünsizadə Osmanlı dövlətində Maarif və Şəriət Məclislərinin üzvü olur, evlə , yüksək maaşla təmin edilir,  1903-cü ildə dünyasını dəyişir. Nüfuzuna, ağıl və istedadına, dövləti vəzifələrinə görə İstanbulda Fatih cəzirəsində dəfn edilib. Təəssüf ki, Ünsizadə qardaşları doğulduqları bu ölkədə hələ də yetərincə tanınmır, islamçı, dini xürafat daşıyıcıları kimi təbliğ olunur, barələrində obyektiv elmi araşdırmalar aparılmır".