Saxtakarlıqlarında daha da irəli gedən ermənilər kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş xaçdaşlar basdırıb, binanın fasadını söküb kirəmit və dəmirlə əvəzləyiblər. 2007-ci ildə İrəvan şəhərində Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları daxili qərarla abidəyə erməni qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırım siyasəti yürütdürdüklərini bir daha əyani şəkildə təsdiq ediblər.
Laçının "vizit kart"ından biri Ağoğlan monastırıdır
06:42 03.12.2020
Tarix
2604
Çünki tarixi mənbələr var, alban kilsələrinin arxitekturası fərqli olur
V-VII əsrlərə aid alban monastırı olan “Ağoğlan” məbədi Laçın rayonu ərazisində, Ağoğlan çayının sahilində yerləşir. 1992-ci ildə erməni qəsbkarları işğaldan sonra “Ağoğlan” məbədini özününküləşdirməyə başlayıb, məbədi təmir etmək adı altında abidənin divarları üzərində bir neçə daş yazıları, həmçinin xeyli sayda alban dövrünə aid ornament və rəmzləri tamamilə silərək, formalarını dəyişdiriblər. Məbədin guya xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsini abidənin divarlarının müxtəlif yerlərinə bərkidiblər.
Saxtakarlıqlarında daha da irəli gedən ermənilər kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş xaçdaşlar basdırıb, binanın fasadını söküb kirəmit və dəmirlə əvəzləyiblər. 2007-ci ildə İrəvan şəhərində Ermənistan hökumətinin tapşırığı ilə erməni yepiskopları daxili qərarla abidəyə erməni qriqoryan kilsəsi statusu verməklə işğal olunmuş ərazilərdə Azərbaycan mədəniyyətinə və tarixinə qarşı soyqırım siyasəti yürütdürdüklərini bir daha əyani şəkildə təsdiq ediblər.
Laçının "vizit kart"larından birinin Ağoğlan monastırı olduğunu qeyd edən millət vəkili Elnur Allahverdiyev vurğulayıb ki, alban həvari kilsəsinə aid olan monastır işğaldan sonra erməniləşdirilməyə məruz qalıb.
E.Allahverdiyev qeyd edib ki, onun tavanı və xaçı dəyişdirilib:
"Bu məbəd Qafqaz Albaniyasından qalma xristian məbədidir. Məsələn, Ağdərə ərazisindəki Gəncəsər və Kəlbəcərdəki Xudavəng kimi. Bu məbədlər islam dininə aid deyil. Onun adını dəyişərək ermənilər “Tsitsernavank” qoyublar.
Problem budur ki, ermənilər Çar Rusiyası və SSRİ dövründən, habelə işğaldan istifadə edib onları erməniləşdirməyə çalışıblar.
Yazılar silinib və ya dəyişdirilib, xaç formaları və arxitektur quruluşunda da bir sıra dəyişiliklər ediblər. Məsələn, Şuşadakı rus pravoslav kilsəsinin binasında ciddi dəyişiklik edərək, guya, erməni kilsəsi kimi təqdim ediblər. Bununla belə, nə qədər dəyişsələr də, həqiqəti gizlədə bilməzlər.
Çünki birincisi, tarixi mənbələr var. İkincisi, alban kilsələrinin arxitektur quruluşunun özünəməxsusluğu mövcuddur. Məsələn, Xocavəndin azad olunmuş hissəsində Ktişvəng monastırı var.
Onu ermənilər güman ki, pul yoxluğundan erməniləşdirməyə macal tapmayıblar. Ona görə də viran qoyublar. İçinə, divarlarına müxtəlif yazılar yazıblar. Yaxın vaxtlarda bunların hamısı dövlətimiz tərəfindən təmir etdiriləcək və dünyaya faktlarla, tarixi dəlillərlə nümayiş etdiriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi