Mikayıl Müşfiqi plenumda kim hədəfə almışdı?
Yusif Sultanoğlu
08:19 18.02.2021
Tarix
1021
O, şairi Ə.Cavadın qanadı altında yaşayan gənc şair adlandırır
Ötən əsrin məşəqqətli “Repressiya” dönəmi ilə bağlı bir sıra maraqlı faktlar var. Təqiblərə məruz qalmış şairlərimiz, yazıçılarımız, mütəfəkkirlərimiz haqqında ilginc məlumatlar mövcuddur.
Tədqiqtaçı, tarixçi-alim Aslan Kənanın “XX əsrdə Repressiyaya məruz qalanlar” kitabında belə hadisələr haqqında oxumaq mümkündür. Onlardan biri də nakam şair Mikayıl Müşfiqin barəsindədir.
“Şərq” qəzeti Aslan Kənanın kitabından Müşfiqlə bağlı əhvalatı təqdim edir:
“Yazıçılar İttifaqının başqa bir plenumunda ədəbiyyat sahəsində heç bir izi olmayan, şeirlərini mətbuat səhifələrində görmək arzusu ilə qovrulan, onun üçün də görkəmli şair və yazıçıların himayəsinə ehtiyac duyan, bununla da ondan bir alət kimi istifadə edilən Feyruz adlı şair əda ilə tribunaya yaxınlaşır.
O, ilk növbədə bir neçə şairin ünvanına kəskin ifadələr işlətdikdən sonra əsas mətləbə keçir. Bu keçəcəyi mətləb onun gələcəkdə şeirlərinin nə vaxtsa mətbuata çıxması üçün gözəl məqam idi.
Məhz buna görə də ilk "zərbəni" yeni quruluşun bir nömrəli düşməni sayılan Əhməd Cavada yönəldir və sonra istedadı ilə nəinki Feyruzdan, hətta neçə-neçə qələm sahiblərindən seçilən, addımbaşı dostları tərəfindən qısqanclıqla qarşılanan M.Müşfiqə tərəf istiqamət götürür və onu Ə.Cavadın qanadı altında yaşayan gənc şair adlandırır.
Çıxış edən M.Müşfiqin ədəbiyyatımızda və şeirimizdə ən inkişaf etmiş şair olduğunu etiraf etmək məcburiyyətində qalsa da, lakin ünvanına əksinqilabçı damğası vurmağı belə unutmur. O dövrdə əksinqilabçı damğası vurulan şəxsin həyatının sonu nə ilə qurtaracağı heç kəsə gizli deyildi. Plenumda savadsızlığını, istedadsızlığını bir daha aydın şəkildə nümayiş etdirən Feyruz bu nitqindən sonra şeirlərinin işıq üzü görəcəyi inamı ilə tribunanı tərk edir. Salonda əyləşib bu ilhamsız şairin nitqinə istehza ilə qulaq asan
M.Müşfiqin qəlbindən aşağıdakı misralar doğulmağa başlayırdı:
Şairə ilhamdan maya gərəkdir!
Anasız cocuğa dayə gərəkdir!
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə həya gərəkdir!
Lakin bu cür çıxış edən şairlərdən ilham qaçaq düşdüyündən o, yaltaqlığını, simasızlığını önə çəkməyi üstün tutur.
Hazırladı: Samirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya