Möhtəşəm BAYRAQ ! - “Axıdılan qan təsvir edilir!”
Turan
15:23 06.07.2020
Tarix
5543
“Atributların hazırlanmasına cavabdeh olan komissiyanın işçi qrupu tərəfindən dövlətimizin gerbi hazırlanmaqdadır”
“Eyni zamanda dövlət himninin hazırlanması ilə bağlı da yaxın vaxtlarda müsabiqə elan edilməsi planlaşdırılır”
Ötən həftənin ən yaddaqalan olaylarından biri mühacirətdə elan olunmuş Qərbi Azərbaycan Respublikasının bayrağının qəbul edilməsi oldu. İyulun 4-də mühacir hökumətin iclası keçirilib və iclasda ilk atribut təsdiqlənib. Xatırladaq ki, mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib. Artıq Respublikanın hökuməti də formalaşıb.
Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımızın yaratdığı mühacir hökumət ideyasına cəmiyyətdə birmənalı qarşılanmasa da, bütün hallarda bu təşəbbüs erməniləri bir xeyli təlaşlandırıb. Ümumən, mühacir hökumət və bayraq ideyası ermənilər üçün əsl sürpriz olub.
Məsələni “Sherg.az”a dəyərləndirən Qərbi Azərbaycan İrəvan Respublikasının sözçüsü Təbriz Musayev bildirib ki, 1918-ci il may ayının 29-da Azərbaycanın tərkib hissəsi olan İrəvan şəhəri daxil olmaqla 9 min kvadrat kilometrdən ibarət olan bir ərazi ermənilərə yaşamaq üçün verilib.
T.Musayevin sözlərinə görə, bundan istifadə edən ermənilər həmin ərazidə özlərinə dövlət qurmağa müvəffəq olublar:
“Bolşeviklərin 1920-ci il işğalından sonra sovet imperiyası tərəfindən müxtəlif dövrlərdə Azərbaycan torpaqlarının böyük bir hissəsi indiki Ermənistan respubkikasına birləşdirilib. İmperiyanın süqutundan sonra 1991-ci ildə Azərbaycanın ərazisi 114 min kvadrat kilometrdən 86 min kvadrat kilometrə qədər azalıb.
Baş verənlər bir daha təsdiq edir ki, indiki Ermənistan ərazisi bütövlükdə Azərbaycan torpaqlarıdır və coğrafi baxımdan Qərbi Azərbaycan İrəvan Respublikasının 04 iyul 2020-ci il tarixində qəbul etdiyi yeni bayraqda bu məqam öz əksini tapır. Bayraq ümumilikdə Azərbaycan bayrağını təsvir edir.
Yuxarıda göy xətt türkçülüyümüzün, aşağıda yaşıl xətt isə müsəlman olmağımızın rəmzidir. Bayrağımızın əsas fonunun qırmızı rəngdə olması özündə çağdaşlığımızı və min illər boyu o torpaqlarda şəhidlərimizin axıdılan qanını təsvir edir. Çox möhtəşəm bir bayraqdır”.
T.Musayevin sözlərinə görə, bayrağın bu şəkildə qəbul olunmasına istər Azərbaycandan, istər Türkiyədən, istərsə də ABŞ və Avropa ölkələrindən birmənalı olaraq müsbət reaksiyalar gəlib:
“Respublikanın digər atributları da olacaq. Hazırda atributların hazırlanmasına cavabdeh olan komissiyanın işçi qrupu tərəfindən dövlətimizin gerbi hazırlanmaqdadır. Eyni zamanda dövlət himninin hazırlanması ilə bağlı da yaxın vaxtlarda müsabiqə elan edilməsi planlaşdırılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi