“Nacional” qəzeti : Ermənilər Qarabağa gəlmədirlər
07:56 07.04.2020
Tarix
1979
Albaniyanın “Nacional” qəzetində ermənilərin Dağlıq Qarabağa gəlmə olduqlarından bəhs edən “Tarixi abidələr: Marağa – 150” sərlövhəli məqalə dərc olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Albaniya – Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədri, tarixçi-alim Entela Muçonun köməyi ilə işıq üzü görən məqalənin müəllifi “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi” İctimai Birliyinin sədri Fuad Hüseynzadədir.
Məqalədə ermənilərin miqrasiyasına dair məlumatların bir çox yazılı mənbələrdə yer aldığı bildirilib, müxtəlif illərdə İrandan və Türkiyədən ermənilərin Azərbaycan torpaqlarına köç etmələri konkret faktlarla göstərilib. Qeyd edilib ki, 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin Azərbaycan ərazilərinə kütləvi şəkildə köçürülməsinə başlanıb. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürülüb.
Qəzetdə qeyd olunur: “...ermənilər Qarabağa gəlmələri münasibətilə “Marağa-150” abidəsini ucaldıblar. “Marağa-150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından ilk 200 ailənin Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar inşa edilib. Adi çay daşlarından qurulan abidənin üzərində erməni dilində “Marağa-150” yazısı öz əksini tapıb və oxşar abidələr Xankəndi şəhərində, Tərtər rayonunun Çaylı kəndində də inşa edilib”.
Məqalədə qeyd olunur ki, 2016-cı ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində “Marağa-150” abidəsinə baxıb və həmin abidənin şəkillərini çəkib.
Qeyd edək ki, sözügedən mövzu artıq Albaniya dövlət radiosunun da diqqətini cəlb edib və radio tarixçi-alim Entela Muçonun iştirakı ilə bu mövzuda veriliş yayımlamaq niyyətindədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi