Osmanlı paşasının nəvəsi Adanada 101 yaşında vəfat edib
11:36 21.08.2020
Tarix
1648
Osmanlı Sultanı 2-ci Abdulhəmid dövrünün dəniz naziri Həsən Hüsnü Paşanın nəvəsi Mualla Emine Danyeri Lyoen, yanında qaldığı Sultan 2-ci Abdulhəmidin soyundan gələn bacısı qızı Ayşe Adile Nami Osmanoğlu Tarsının Adanadakı evində 101 yaşında vəfat edib.
Lyoen, ölmündən 2 il əvvəl açıqlamasında, məmləkətində ölmək üçün Fransadan Türkiyəyə döndüyünü, vəfat edəndə İstanbul Eyüpsultandakı Həsən Hüsnü Paşa Türbəsində babasının yanına dəfn olunmasını vəsiyyət etmişdi.
Dəniz naziri Həsən Hüsnü Paşanın nəvəsi olaraq İstanbulda 12 İyul 1919-cu ildə dünyaya gələn Mualla Emine Danyeri Lyoen, 1923-cü ildə ailəsiylə birlikdə Fransaya köçüb. Burada bir fransızla evlənir, ancaq uşağı olmur. Lyoen, həyat yoldaşının və yaxınlarının vəfat etməsi ilə Türkiyədə ölmək və İstanbul Eyüpsultanda babası Həsən Hüsnü Paşanın yanına dəfn edilmək üçün 2017-ci ildə Sultan 2-ci Abdulhəmidin soyundan olan bacısı qızı Ayşe Adile Nami Osmanoğlunun Adanadakı evinə yerləşib.
Lyoen, bu gün Seyhan qəsəbəsi Cemalpaşa məhəlləsində səhər saat 07.00 radələrində həyatını itirib. Cənazənin harda dəfn ediləcəyi isə hələ dəqiq deyil.
VƏSİYYƏTİNİ AÇIQLAMIŞDI
Danyeri Lyoen, 2 il əvvəl açıqlamasında Həsən Hüsnü Paşa Türbəsinə dəfn olunmasını istəyərək bunları söyləmişdi:
"Uşağım olmadı. Çünki 40 yaşında evləndim. Mənim 3 qardaşım qızı vardı. Qardaşım qızı Mediha və Fəthiyə xanım mənimlə məşğul olmadılar, amma Ayşe Adile xanım işlərimi tam etdi. O, xanım olmasaydı, vəziyyətim çox pis olacaqdı. Ayşe Adile xanım “Mənimlə gəlirsənmi?” dedi. Mən də dərhal qəbul etdim və indi Adanadayam, çox məmnunam. O mənə qızım kimi baxdı. Məmləkətimi görməyi çox istəyirdim. İstədim ölümüm belə torpağımın üstündə olsun. Çünki bizim bir qəbiristanlığımız vardı. O qəbiristanlıqda Həsən Hüsnü Paşanın məzarı var. O da ailəsinə məzar ayırıb. Mənim də o qəbiristanlıqda yerim var. Çünki Həsən Hüsnü Paşa, anasına, atasına, uşaqlarına və xidmətçilərinə həmişə bu qəbiristanlıqda yer ayırmışdı".
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi