Prezidentin sərəncamı dəstəkləndi – ARXİVLƏR VƏTƏNƏ GƏTİRİLƏCƏK
Turan
08:29 15.02.2020
Tarix
1984
Xarici ölkələrin arxivlərində, muzey və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan sənədlərin surətləri ölkəmizə gətiriləcək. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Arxiv İdarəsi və Xarici İşlər Nazirliyi 2020-2025-ci illərdə xarici ölkələrdə saxlanılan sənədlərin aşkar edilərək, surətlərinin Azərbaycana gətirilməsini təmin etməlidir. Məlum olduğu kimi, Azərbaycanın müxtəlif tarixi dövrlərini əks etdirən xeyli sayda arxiv sənədləri və nadir əlyazmalar dünyanın müxtəlif ölkələrində saxlanılır.
Tarixçilərin fikrincə, xarici ölkələrin arxivlərində, muzey və kitabxanalarında Azərbaycanla bağlı saxlanılan önəmli sənədlərin ən azından surətlərinin ölkəmizə gətirilməsi olduqca mühümdür. Çünki tarixin bəlli mərhələlərini işıqlandırmaq, dövrün problemlərini üzə çıxarmaq üçün arxiv sənədlərinin olması zəruridir.
Dövlət başçısının sərəncamını “Şərq”ə dəyərləndirən Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov bu qərarın çox mühüm olduğunu söyləyib. F.Cabbarovun sözlərinə görə, hər yeni sənəd tariximizin naməlum və ya az öyrənilmiş səhifəsinə aydınlıq gətirir:
“Bu sahədə əvvəllər də işlər görülüb. Akademiyanın Tarix İnstitutunun əməkdaşları uzun illər boyu xarici arxivlərdə saxlanılan sənədlərin surətlərini Azərbaycana gətiriblər. Prezidentin təsdiq etdiyi proqram isə bütün bu işlərə daha da böyük stimul verəcək”.
Araşdırmaçı-yazar, kolleksiyaçı Dilqəm Əhməd də “Şərq”ə açıqlamasında bu addımı yüksək qiymətləndirib:
“Daha əvvəl də bu istiqamətdə addımlar atılıb. Bir çox hallarda Ramiz Abutalıbovun timsalında tədqiqatçılarımız mühüm işlər görüblər. Əlimərdan bəy Topçubaşının, Ceyhun bəy Hacıbəylinin arxivləri məhz onun sayəsində Vətənə gətirilib. Mən Türkiyə haqqında məlumatlıyam. Bu ölkədə bizim Cümhuriyyətlə bağlı xeyli sənədlər var. Vasif Qafarov və Qiyas Şükürov onları kitablaşdırıb. Yəqin ki, sənədlərin surətləri də onlarda var. Eləcə də Osmanlı-Səfəvi, Osmanlı-Xanlıqlar mövzusunda Türkiyə arxivlərində materiallar var. Bəs Türkiyədən nələr gətirilə bilər? Məsələn, Azərbaycan mühacirlərinin çap etdikləri jurnal və kitabların surətləri, Azərbaycan-Türkiyə münasibətlərinin bütün dövrlərinə dair materilların surətləri, özəl arxiv və kitabxanalarda saxlanılan materialların surətləri və s. İstanbulda “Qadın Əsərləri” Kitabxanasında Ağaoğlu ailəsinə aid minlərlə sənəd var. Onların ən mühümlərinin elektron surəti gətirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol