Professorun kövrələrək söylədiyi fikrə SÖZARDI: “Onu ilk dəfə mən demişəm”
Banuçiçək Kalbalıyeva
13:49 25.08.2020
Tarix
1689
Qulu Məhərrəmli: “Hesab edirəm ki, “Koroğlu” uvertürası musiqi dili ilə Azərbaycan Xalq Cümhuriyyətinin hekayətidir”
Nəsiman Yaqublu: “4-5 il əvvəl demişdim ki, “Koroğlu” uvertürası Ü.Hacıbəylinin parlamentin açılışından vəcdə gələrək yazdığı əsərdir”
“Ü.Hacıbəylinin parlamentin açılışından hazırladığı “Təəssürat” reportajındakı ruh, coşqu uvertürada da var”
“Hesab edirəm ki, “Koroğlu” uvertürası musiqi dili ilə Azərbaycan Xalq Cümhuriyyətinin hekayətidir. Mən bilirəm ki, Rəsulzadə onu duyub”.
Bu sözləri professor Qulu Məhərrəmli Murad Arifin aparıcısı olduğu “Popumuz var” verilişində deyib. Tamaşaçılar verilişin məhz bu epizodunu böyük maraqla qarşılayıblar. Professorun bir anlıq tutulması və kövrəlməsi də diqqətlərdən yayınmayıb. Deməli, bizə müstəqilliyin dadını yaşadan, AXC banisi Məhəmməd Əmin Rəsulzadə qəlblərdə yaşayır və yaşayacaq.
Q.Məhərrəmlinin “Koroğlu” uverturası barədə fikirləri isə müzakirələrə səbəb olub. Tədqiqatçı, professor Nəsiman Yaqublu“Sherg.az”a açıqlamasında deyilənləri şərh edib:
“Rəsulzadənin “Koroğlu” operasını necə sevdiyini və onu nə qədər həvəslə dinlədiyini ilk dəfə mən demişəm. Hələ 1991-ci ildən nəşr olunan “Məhəmməd Əmin Rəsulzadə” kitabında bu barədə yazmışam. 80-90-cı illərdə onun silahdaşları ilə görüşdən, söhbət və araşdırmalardan sonra bu qənaətə gəlmişəm”.
N.Yaqublu “Koroğlu” uvertürasının müəllifi Üzeyir bəy Hacıbəylinin cümhuriyyət sevgisindən də danışıb:
“O, Azərbaycan cümhuriyyətinə çox bağlı adam idi. “Azərbaycan” qəzetində əlamətdar hadisə, yəni müstəqillik haqqında yazdığı xeyli məqaləsi var. Parlamentin açılışından hazırladığı “Təəssürat” reportajı da bu qəbildəndir.
4-5 il əvvəl demişdim ki, “Koroğlu” uvertürası Ü.Hacıbəylinin parlamentin açılışından vəcdə gələrək yazdığı əsərdir. Dediyim kimi, “Təəssürat” məqaləsi parlamentin açılışı haqqındadır. Müəllif hadisələri o qədər həyəcanla təsvir edir ki...
O, yazır: “...Parlamentimiz açıldı. Baxdıq gördük ki, Fətəli xan doğru deyir. Yatsa idik yuxumuza da girməzdi. Parlament binasının içərisində olan gözəllik yerə sərilən xalçalarda, onların qiymətində deyil, bəlkə də, o xalçalardan qiymətcə ucuz olan, amma məna və məzmunca baha olan üçrəngli bayraqlarımızda idi...”.
Görürsünüz, necə təsirli sözlərdir. Üzeyir bəy yazır ki, insanlar ayağa qalxıb, üçrəngli bayrağı salamlayanda başımdakı tüklər biz-biz oldu. Bax, reportajdakı həmin ruh, coşqu uvertürada da var. Əgər reportajı oxuduğunuz dəqiqələrdə, uvertüraya da qulaq assanız görərsiniz ki, emosiyalar, hisslər üst-üstə düşür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi