“Rəsulzadə siyasi düşüncəni ilk dəfə “Açıq söz” də önə çıxarıb” – Gənc alim
Banuçiçək Kalbalıyeva
16:47 06.03.2020
Tarix
1499
Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. O, həm siyasətçi, həm də jurnalist kimi fəal xidmət göstərib. BDU-nun Jurnalistika fakültəsinin dekan müavini, Milli mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğlu “Sherg.az”a açıqlamasında Rəsulzadənin Azərbaycan mətbuat tarixinin formalaşmasında mühüm rol oynadığını deyib:
“Rəsulzadə dahi şəxsiyyətdir. O, mətbuat aləminə “Şərqi-Rus” qəzetindəki fəaliyyəti ilə başlayıb. Sonradan müxtəlif mətbu orqanlarda, o cümlədən “İrşad”, “Hümmət”, “Təkamül”də çıxış edib. Bir müddət İranda fəaliyyət göstərib. Sonradan “İqbal”, “Yeni iqbal” qəzetlərində çalışıb. “Yeni iqbal” qəzetindəki bir məqaləsinə görə həbs olunub və ay yarım həbsdə qalıb. 1915-ci ildən 1918-ci ilə kimi “Açıq söz” qəzetinin bütün nömrələrinə redaktorluq edib. Bu qəzet ilk dəfə olaraq siyasi düşüncəni önə çıxarıb”.
Gənc alimin fikrincə, hazırkı jurnalistlər Rəsulzadənin “Mətbaut azadlığı” məqaləsindən öz fəaliyyətləri üçün nümunə götürməlidirlər: “O,
1911-ci ildə İranda nəşr etdiyi “İrani-nov” qəzetində “Mətbuat azadlığı” məqaləsini dərc elətdirdi. Bu məqalə dörd hissədən ibarətdir. Əsərdə jurnalistikanın dördüncü hakimiyyət olduğu vurğulanır. Həmçinin müəllif qeyd edir ki, o millət və o cəmiyyət hürr və müstəqildir ki, onun mətbuatı hürr və müstəqil olsun. Rəsulzadə sifarişlə yazı yazanları tənqid edir, jurnalistləri obyektiv, tərəfsiz olmağa çağırırdı”.
S.Xalidoğlunun sözlərinə görə, Rəsulzadə irsini tədqiq etmək üçün ona xüsusi simpatiya göstərmək lazımdır:
“Əlbəttə, tədqiqatçılıq asan iş deyil. Mərhum professor Şirməmməd Hüseynov və professor Nəsiman Yaqublu Rəsulzadənin yaradıcılığını tədqiq edib, əsərlərini tərcümə ediblər. Rəsulzadə irsini araşdırmaq üçün onlar kimi zəhmətkeş və işini sevən insan olmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol