Rəsulzadənin anım mərasimi keçirildi
09:39 06.03.2020
Tarix
795
Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadəni anım mərasimi keçirilib.
APA-nın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyinin yaradılması xüsusi təşəbbüs qrupunun təşkilatçılığı keçirilən tədbir onun ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin oxunması ilə başlayıb.
Tədbirdə çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin bütün həyatı Azərbaycanla bağlı olub: “Rəsulzadə barədə ancaq nikbin notlarla danışmaq lazımdır. O, ömrünün sonuna qədər Azərbaycanın müstəqilliyin bərpa olunacağına inanırdı. Rəsulzadənin öz silahdaşları ilə məktublaşmalarını izləyəndə də onun sabaha nikbinliyinin, inamının olduğunu görürük. İndi Azərbaycan öz istiqlaliyyətinə qovuşub”.
F. Əhmədova M. Ə. Rəsulzadənin ev muzeyini yaradılmasını, Bakıda heykəlinin ucaldılmasını arzuladığını qeyd edib.
Rəsulzadə irsinin tədqiqatçısı, Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyinin yaradılması xüsusi təşəbbüs qrupunun üzvü Nəcibə Bağırzadə bildirib ki, Rəsulzadə yaradıcılığını izlədikcə onun milləti istiqlala necə addım-addım apardığını görmək mümkündür: “Birdən-birə çar Rusiyasının əsarəti altında olan millətə “Sənin dövlətin olmalıdır” demək olmazdı. Çünki çar Rusiyasının əsarəti olanda millət öz türklüyünü, şanlı tarixini unutmuşdu. Rəsulzadə xalqı addım-addım istiqlaliyyətə çatdırmağı bacardı”.
N. Bağırzadə vurğulayıb ki, M. Ə. Rəsulzadə bir çantası, çamadanı ilə bütün dünyanı dolaşaraq, Azərbaycan davası aparıb: “Rəsulzadənin bu mübarizəsi hər kəs tərəfindən öyrənilməlidir: “Rəsulzadə kimi şəxsiyyətlər heç vaxt ölmür. Onun ölümü əbədiyyətin başlanğıcıdır. Rəsulzadə daim xatırlanacaq”.
Tədbirdə Solmaz Rüstəmova-Tohidinin M.Ə.Rəsulzadənin həyatına hər olunmuş sənədli film nümayiş olunub.
Tədbir cümhuriyyət tarixinin və Rəsulzadə irsinin tədqiqatçılarının çıxışları ilə davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol
Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib
11:15 31.08.2026
Gündəm