Tarix İnstitutunda Məhəmməd Əmin Rəsulzadənin doğum günü anılıb - FOTO
20:19 31.01.2020
Tarix
1656
AMEA-nın Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 136 illiyi qeyd olunub.
Tarix İnstitutundan APA-ya verilən məlumata görə, tədbir çərçivəsində M.Ə.Rəsulzadəyə həsr olunan videoçarx nümayiş etdirilib.
İnstitutun direktoru, akademik Yaqub Mahmudov deyib ki, M.Ə.Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və məfkurəçisi olub. Onu anmaq Xalq Cümhuriyyətini anmaq deməkdir. Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Müsəlman Şərqində qadınlara seçki hüququ ilk olaraq Cümhuriyyət dövründə verilib. Cümhuriyyət irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin edib.
Akademik bildirib ki, Xalq Cümhuriyyətinin baniləri Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev və Məmməd Yusif Cəfərovdur: “Bizim mövqeyimiz belədir ki, Cümhuriyyəti yaradan kişilərin hər biri Azərbaycanı sevən, xalqa bağlı insanlar olub. Məsələn, Rəsulzadənin hökumətin başçısı olmaq imkanı vardı, amma o, bu işi Fətəli xan Xoyskiyə etibar etdi. Sonra parlament yarananda Rəsulzadənin imkanı vardı ki, parlamentə sədr olsun. Amma o, parlamentdə Müsavat fraksiyasına başçılıq etdi. Tarixi şəxsiyyətlərimizi, o cümlədən Cümhuriyyət xadimlərini qarşı-qarşıya qoymaq düzgün deyil, onları xalqımıza olduğu kimi təqdim etmək lazımdır”.
Elmi Şuranın iclasında tarixçi alimlər Natiq Məmmədzadə və Kamran İsmayılovun mövzu ilə əlaqədar məruzələri dinlənilib. Bildiriblər ki, Cümhuriyyət qurucuları sayəsində müqəddəs Azərbaycan adı Şimali Azərbaycanın adında dövlət qurumu kimi qorunub saxlandı. Prezident İlham Əliyev Xalq Cümhuriyyəti, M.Ə.Rəsulzadə və Ə.Topçubaşovun yubileyləri haqqında müvafiq sərəncamlar verib, həmçinin Bakıda Cümhuriyyətin şərəfinə “İstiqlal Bəyannaməsi” abidəsi ucaldılıb.
Tədbirdə qeyd olunub ki, Tarix İnstitutunda Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Ulu öndər Heydər Əliyevin tapşırığına əsasən, Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Cümhuriyyət tarixinə dair ikicildlik ensiklopediya, həmçinin çoxsaylı sanballı əsərlər nəşr edilib, dissertasiyalar yazılıb. Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən Cümhuriyyət tarixinə dair onminlərlə arxiv sənədi gətirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol