Tarixçi Prezidentdən xahiş etdi
Yusif Sultanoğlu
08:47 13.11.2020
Tarix
1177
"Çox istərdim ki, Şuşanın alınmasında iştirak edənlər xüsusi medal və ordenlə təltif olunsunlar"
Prezident İlham Əliyev 11 noyabr 2020-ci ildə 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüb. Ölkə başçısı görüş zamanı bildirib ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək.
Ali Baş Komandan 44 gün ərzində, ondan əvvəl və sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyini söyləyib: “Artıq müvafiq göstəriş verilibdir. Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Orden və medallar Vətən müharibəsində fərqlənmiş hərbçilərə, o cümlədən mülki şəxslərə veriləcək. Onların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, o adlar sizin və Azərbaycan xalqının xoşuna gələcək”.
Prezidentin sözügedən çıxışı haqqında “Sherg.az”a danışan tarixçi-alim Dilavər Əzimli mövzu ilə bağlı bunları söyləyib:
“Cənab Prezident İlham Əliyev və Vitse-prezident Mehriban Əliyevaya səmimi minnətdarlığımı bildirirəm. Qarabağ savaşında döyüşənlərə, yaralılara belə qayğı ilə yanaşırlar. Əminəm ki, cənab Prezident dediklərinin hamısını həyata keçirəcək.
Əlbəttə, diqqət çəkən məqamlardan biri də orden və medallarla bağlı sözləri idi. Çox istərdim ki, Şuşanın alınmasında iştirak edənlər xüsusi medal və ordenlə təltif olunsunlar. Çünki Şuşanın işğaldan azad edilməsi 28 ildən sonra insanları sevinc göz yaşlarına boğdu. Onlar bizə bu xoşbəxtliyi yaşatdılar.
Şəxsən mən cənab Prezidentdən xahiş edirəm, Şuşa üçün xüsusi orden təsis edilsin. Əlbəttə, hamısına Füzuliyə, Cəbrayıla, Qubadlıya, Zəngilana da lazımdır. Amma Şuşa xüsusi önəm kəsb edir.
Onu da deyim ki, ordenlərin verilməsi həm də hərbçilərin, döyüşçülərin qiymətləndirilməsidir. Çox gözəl təşəbbüsdür. Cənab Prezidentin atdığı addımları alqışlayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm