“Növbəti qurultayları keçirəndə gerbimizi də qəbul edəcək, naziri müəyyənləşdirəcəyik. İnanıram ki, bizim bu təşəbüsümüz Dağlıq Qarabağ məsələsinin açarı olacaq. Dövlət tarixi ədalətin bərpa olunması üçün əlindən gələn hər şeyi edir. Amma bəzi qurumlardan, o cümlədən Xarici İşlər Nazirliyindən narazıyam. Diplomatlarımız Azərbaycan dilində bilmirlər. Bu, faciədir. Etiraf etməliyik ki, biz zamanında torpaqlarımıza sahib çıxa bilməmişik.
Tarixin hökmü ! - “Nə vaxtsa, Azərbaycan bütövləşəcək!”
Banuçiçək Kalbalıyeva
14:13 06.07.2020
Tarix
4387
“Bu yol isə Qarabağdan, İrəvandan, Borçalıdan, Dərbənddən keçir”
Mühacir Qərbi-Azərbaycan(İrəvan) hökumətinin gerbi də qəbul ediləcək, naziri də müəyyənləşdiriləcək”
“İnanıram ki, bizim bu təşəbüsümüz Dağlıq Qarabağ məsələsinin açarı olacaq”
Mühacir Qərbi-Azərbaycan(İrəvan) hökumətinin iclası keçirilib. Bu barədə Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Aqil Səmədbəyli qeyd edib. O, bildirib ki, iclasda Qərbi Azərbaycan-İrəvan dövlətinin bayrağı qəbul edilib:
“4 iyul – Bayraq günü kimi təsdiqləndi. Vətənə, millətə xeyirli olsun”.
Təşəbbüsü “Sherg.az”şərh edən tarixçi-alim Dilavər Əzimli bunu böyük uğur kimi qiymətləndirib:
“İclasda mən də iştirak etdim. Bütöv Azərbaycan Ocaqlarının onlayn konfransı keçirildi və biz bayrağımızı qəbul etdik. Biz bütöv Azərbaycan yolçularıyıq. Bu yol isə Qarabağdan, İrəvandan, Borçalıdan, Dərbənddən keçir. Bütöv Turan dövlətinə gedən yol artıq başlayıb. Nə vaxtsa bütöv Azərbaycan bərpa olunacaq. Bu, tarixin hökmüdür”.
Tarixçi dünya dövlətlərinin bizə münasibəti haqqında da danışıb: “Üç böyük güc- Fransa, Rusiya və ABŞ ATƏT-in üzvü adı ilə Azərbaycana haqsızlıq etməkdə davam edirlər. Ermənistanda baş verənlərlə bağlı heç bir dövlət səsini çıxarmır. Niyə?! Bax, əsl məsələ budur. Deməli, Ermənistana dəstək var. İran Qarabağda qara kürü, xalça satır.
Gəliri isə özünə götürür. Belə müsəlmanlıq olar?! Olmaz! İran Azərbaycana münasibətini dəyişməsə, onu yaxşı aqibət gözləmir. Rusiya isə ərazi iddiaları ilə çıxış etsə, biz Dərbənd məsələni qaldıracağıq. Əslində nəinki Dərbənd, bütün Dağıstan tarixi Azərbaycan torpaqlarıdır. Biz ermənilərin səsini batırmaq üçün bu iclası keçirib, bayrağı qəbul etdiik. Ermənilərin Hindistandan gəlmə olduğunu bütün tarixləyir təsdiqləyir.
Ermənilər Hindistanın 10-cu kastası olan Şudraya aiddirlər. Paşinyan da Sudranın bir nümayəndəsidir. İndi dünya dövlətləri, o cümlədən İran bizi yox, onları dəstəkləyir. Qardaş Türkiyənin başı isə özünə qarışıb. Onlar üç cəbhədə mübarizə aparırlar. Yəni biz tək qalmışıq. Odur ki, xalq dövlətin yanında olmalı, ümidini itirməməlidir”.
D.Əzimli, həmçinin gələcək planlar haqqında məlumat verdi:
“Növbəti qurultayları keçirəndə gerbimizi də qəbul edəcək, naziri müəyyənləşdirəcəyik. İnanıram ki, bizim bu təşəbüsümüz Dağlıq Qarabağ məsələsinin açarı olacaq. Dövlət tarixi ədalətin bərpa olunması üçün əlindən gələn hər şeyi edir. Amma bəzi qurumlardan, o cümlədən Xarici İşlər Nazirliyindən narazıyam. Diplomatlarımız Azərbaycan dilində bilmirlər. Bu, faciədir. Etiraf etməliyik ki, biz zamanında torpaqlarımıza sahib çıxa bilməmişik.
Lakin Ağqoyunlu, Səfəvi kimi dövlətlərimiz də olub. Dediyim kimi, nə vaxtsa, Azərbaycan bütövləşəcək və Türkiyə ilə Mərkəzi Asiya arasında sərhəd götürüləcək. Bu, tarixin hökmüdür. Mən heç vaxt ruhdan düşmürəm. Tarixdə həmişə belə hallar olub və ədalət gec-tez yerini tapıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi