Tarixin və Tanrının ədaləti ! – “Zəngilanın azad edilməsi ilə status-kvoya son qoyuldu!”
Banuçiçək Kalbalıyeva
11:05 21.10.2020
Tarix
1536
“Bir vaxt işğalını qeyd etdiyimiz şəhər və rayonlarımızın indi “doğum günü”nü keçirəcəyik”
“Kremlin öz sülhməramlılarını Dağlıq Qarabağa yerləşdirmək niyyəti təkcə Azərbaycan yox, bütün türk dünyası üçün tələ idi”
“Mən bir tarixçi kimi görürəm ki, bu əməliyyatlar bəzən “Qurd taktikası” kimi də adlanan Turan taktikasıdır”
“Bəziləri türklərin yatdığını düşünür. Əksinə, indi türkün oyandığı məqamdır. Bu döyüş taktikasını, strategiyasını hazırlayanlara eşq olsun”
Biri var bəndənin ədaləti, biri var tarixin ədaləti, biri də var Yaradanın. Ermənilər bir Allah bəndəsi kimi, otuz ildir ədalətə yaxın belə durmur, bütün güclərini haqsızlığı davam etdirməyə yönəldirdilər. Elə ona görə tarixlə Tanrı artıq işə qarışdı. Ədalət tərəzisi quruldu: bax, indi görəcəyik kim kimdir, Dağlıq Qarabağ kimindir.
Böyük sərkərdə Əmir Teymur deyirdi ki, məmləkətlər qılıncla alınır, lakin ədalətlə mühafizə edilir. Düşmənlərimiz 90-cı illərin əvvəllərində topla-tüfənglə canımızdan can alaraq, Dağlıq Qarabağı işğal etmişdilər. Amma cənnət məkanlarımızı - Şuşamızı, Laçınımızı, Xocalımızı ...xarabaya çevirdilər. Bilirsiz niyə? Çünki ədaləti tanımadılar, onun harda olduğunu görmədilər. Ona görə də ədalətin özü gəldi. Görək ermənilər indi nə edəcəklər?
Sentyabrın 27-dən etibarən başlanan əks-hücum əməliyyatları nəticəsində bir çox torpaqlarımızı artıq azad etmişik. Dünən isə Zəngilanın şəhər mərkəzində Azərbaycan bayrağını dalğalandırdıq. Hələ bu harasıdır? Hələ bizi gözləyən torpaqlarımız çoxdur. Başqalarının dabanını yalayan düşmən hərbi-siyasi hakimiyyəti öz dabanına tüpürüb ərazilərimizdən birdəfəlik qaçana, çıxanadək əks-hücum əməliyyatlarını davam edəcək.
Tarixçi-alim Dilavər Əzimli İkinci Dağlıq Qarabağ müharibəsi barədə “Sherg.az”a danışıb:
“Bu müharibəni nə Rusiya istəyirdi, nə də İran. Kremlin öz sülhməramlılarını Dağlıq Qarabağa yerləşdirmək niyyəti təkcə Azərbaycan yox, bütün türk dünyası üçün tələ idi. İran isə bilirdi ki, Azərbaycanın ərazi bütövlüyünü təmin edərək güclənməsi Cəbubi Azərbaycanın işğaldan qurtarılmaısna şərait yaradır. Ona görə də onlar otuz ildir bizi ləngitməyə çalışırdılar. Amma uğurlu diplomatiyamız nəticəsində, nəhayət, anti-terror əməliyyatlarına başladıq. Biz tez-gec torpaqlarımızı geri almalı idik. Bu, uca yaradanın Azərbaycan xalqına verdiyi haqqdır. Tam əminliklə deyirəm, tarix təkrar olunur. Bu əks-həmlələr tarixin işğalçını cəzalandırmasıdır. Çünki tarixə qarşı gedən, başqasının mədəniyyəti, torpağını oğurlayan cəzaya məhkumdur. Qondarma millət nə vaxtsa iflasa uğramalı idi. İndi tarix, ilahi ədalət öz işini görür”.
D.Əzimli, həmçinin dünən azad olunan Zəngilanın əhəmiyyətini belə qiymətləndirib:
“Ən mühüm nöqtələri artıq azad etmişik. Zəngilanın şəhər mərkəzi bu cür yaşayış məntəqələrindəndir. Mən Naxçıvana gedəndə işğal olunmuş torpaqlarımıza, o cümlədən Zəngilana baxarkən ürəyim ağrıyırdı. Qədim şərqilər yadıma düşür, ədalətin bərpa olacağı günü həsrətlə, səbrsizliklə gözləyirdim. O gün gəlib. Bir vaxt işğalını qeyd etdiyimiz şəhər və rayonlarımızın indi “doğum günü”nü keçirəcəyik. Bir məqamı vurğulayım: Zəngilan ayın 29-da işğal edilmişdi, 23-də orada Azərbaycan bayrağı dalğalandı. Tarixin və Tanrıının ədaləti məhz belə olur”!
Alim ordumuzun apardığı hərbi əməliyyatlardan da söz açıb:
“Dediyim kimi, strateji əhəmiyyətli bir çox yerləri artıq azad etmişik. Mən bir tarixçi kimi görürəm ki, bu əməliyyatlar bəzən “Qurd taktikası” kimi də adlanan Turan taktikasıdır.
Həmin taktikadan çox xalq istifadə etsə də, onu ancaq türklər uğurla başa çatdıra bilib. Bəziləri türklərin yatdığını düşünür. Əksinə, indi türkün oyandığı məqamdır. Bu döyüş taktikasını, strategiyasını hazırlayanlara eşq olsun. Onlar Rusiyanın, İranın planlarını pozdular.
Prezident, Ali baş komandan İlham Əliyevin də dediyi kimi, indi nə təmas xətti var, nə status-kvo! Xüsusilə Zəngilanın alınması ilə status-kvo məsələsinə son qoyuldu!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi