Təxribat davam edir:“Ermənilər Naxçıvana iddia edirlər”
Turan
12:07 18.03.2020
Tarix
1990
“Ermənistan Qars və Moskva müqavilələrini tanımaqdan imtina edirsə, o zaman Zəngəzur, Göyçə, İrəvanı Azərbaycana qaytarmalıdır”
Zaur Məmmədov: “Belə olan təqdirdə, rus mətbuatında ermənilərin həyasızcasına Qars və Moskva müqavilələrinin guya “Ermənistan ərazisini kiçiltdikləri” kimi səsləndirdikləri tezislər alt-üst olacaq
“Ermənilər Qarabağla, Zəngəzurla, Göyçəylə kifayətlənmirlər. İndi də Naxçıvana iddia edirlər”.
Bunu “Sherg.az”a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Analitik bildirib ki, artıq bir neçə gündür erməni saytları kütləvi şəkildə Naxçıvan və Şərqi Anadolu torpaqlarına iddialar qaldırmaqdadır:
“Vaxtı təsadüfi seçməyiblər. İş orasındadır kı, ermənilər 100 il əvvəl imzalanan Moskva və Qars müqavilələrini heçə sayaraq, erməni xalqının “torpaqlarının” əllərindən aldıqlarını iddia edirlər. Utanmadan, 1918-1920-ci illərdəki Ermənistan Respublikasına belə istinad edirlər. Avropanın bir neçə dövlətinin beynəlxalq hüququ kobud şəkildə pozan və tarixdə heç bir zaman mövcud olmamış torpaqlarda müsəlman-türk xalqları arasında xristian erməni dövlətini yaratmaq məqsədini qarşıya qoyan Sevr müqaviləsinə istinad etmək xəstə təxəyyülün göstəricisidir. Ermənistanın baş naziri Nikol Paşinyan və ölkədəki müxalif partiyalar bilməlidirlər ki, Azərbaycanın bütün addımları real faktlara söykənib”.
Z.Məmmədov vurğulayıb ki, 1918-1920-ci illərdə mövcud olmuş erməni dövlətinin mərkəz şəhəri İrəvan 1918-ci ildə sənədlərdə göstərildiyi kimi ermənilərin Qarabağdan ən çəkməsi şərtilə ermənilərə verilib:
“1918-1920-ci illərdəki Ermənistan ərazisi sovet vaxtında qeyri-qanuni şəkildə Azərbaycan və Gürcüstan hesabına genişləndirilib. Əgər Ermənistan Qars və Moskva müqavilələrini tanımaqdan imtina edirsə, o zaman Zəngəzur, Göyçə, İrəvanı Azərbaycana qaytarmalıdır. Belə olan təqdirdə, rus mətbuatında ermənilərin həyasızcasına Qars və Moskva müqavilələrinin guya “Ermənistan ərazisini kiçiltdikləri” kimi səsləndirdikləri tezislər alt-üst olacaq. Bizim televiziyalarımızda mövzu ilə bağlı tarixi analizlərin verilməsi yerinə düşər. İnformasiya müharibəsi davam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya
“Arsenal” braziliyalı hücumçunu “Barselona”ya satıb
11:49 31.08.2026
Futbol