"Ulu öndər Azərbaycana əbədi müstəqillik bəxş etdi”
Turan
09:35 15.06.2020
Tarix
1854
“Heydər Əliyev milli qürurumuzu özümüzə qaytararaq, xalqın birliyini, millət, torpaq, vətən və bayraq sevgisini bərpa etdi”
"Heydər Əliyev dühası ölkəmizə əbədi müstəqillik bəxş etdi".
Bu sözləri "Sherg.az"a millət vəkili Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Heydər Əliyev xalqımız qarşısında tarixi xidmətləri ilə insanlığın zirvəsinə ucalıb:
"Heydər Əliyev dünyanın ən nəhəng siyasətçiləri sırasında dayanan böyük azərbaycanlı, Ümummilli lider kimi əbədilik qazanıb. 1990-cı illərin əvvələrində yenicə müstəqillik əldə etmiş Azərbaycanı coğrafi-siyasi mövqeyinə görə bir çox dövlətlər öz təsir dairəsinə salmaq istəyirdilər. Üstəlik, ölkə daxilində siyasi gərginlik səngimək bilmir, vəziyyət gündən - günə mürəkkəbləşirdi. Gəncəbasar əraziləri Surət Hüseynovun nəzarətində idi. Əlikram Hümbətov Füzuli bölgəsindəki hərbi hissəni geri çəkərək cənub bölgəsinə aparmışdı. Şimalda sadvalçılar fəallaşaraq, siyasi tələblər irəli sürürdülər. Ön cəbhə isə siyasi çəkişmələr ucbatından ermənilərin üzünə açıq qalmışdı. AXC-Müsavat iqtidarının səriştəsizliyi az qala o illərdə müstəqilliyimizin əldən getməsinə və Azərbaycan dövlətçiliyinin süqutuna gətirib çıxaracaqdı. Vəziyyətdən çıxış yolu arayan Azərbaycan xalqı haqlı olaraq, nicatı yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görürdü. Xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi insanların qəlbində böyük inam yaratdı. Dövlətçilik və müstəqillik arzularını yenidən alovlandırdı".
Parlament üzvü bəyan edib ki, Azərbaycanı uçurumun astanasına gətirib çıxarmış şəxslər də kömək üçün Heydər Əliyevə müraciətlər edirdilər:
"Onlar da dəqiq bilirdilər ki, Azərbaycanı bu ağır vəziyyətdən yalnız Heydər Əliyev dühası xilas edə bilər. Həmin vaxtlar bir neçə dəfə Azərbaycanda olmuş bir fransız sosioloqu ölkəmizdə baş verən hadisələri müşahidə edərək yazırdı: “Azərbaycan ya möcüzəyə çevriləcək, ya da məhv olacaq. Əgər həqiqi rəhbərini tapsa, XXI əsrin möcüzəsi sayılacaq, hakimiyyətə təsadüfi adamlar gəlsə, Azərbaycan məhvə gedəcək”. Azərbaycanın xoşbəxtliyi onda oldu ki, müdrik şəxsiyyət, dahi insan, qüdrətli rəhbər – Heydər Əliyev Azərbaycanın möcüzəsi oldu, ölkəmizi parçalanmaqdan, qardaş qırğınından, xaosdan xilas etdi. Xalqın müdrik qərarı, təkidli tələbi Ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə gətirdi".
N.Həmzəyev bildirib ki, dahi Heydər Əliyev Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etdi:
"Ulu öndər əldən getmək üzrə olan müstəqilliyini bərpa etdi, dövləti qurdu və inkişaf etdirdi. Azərbaycanı bütün dünyaya tanıtdı, ölkəmizə əbədi müstəqillik bəxş etdi. Vətənimizi təhlükələrdən qorudu. Ən əsası, Heydər Əliyev milli qürurumuzu özümüzə qaytararaq, Azərbaycanlıların birliyini, millət, torpaq, vətən və bayraq sevgisini bərpa etdi. “Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” deyə bizə Azərbaycanı məhz onun kimi sevməyi öyrətdi. Fitri zəkaya malik bu dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində bütün sahələrində gedən köklü islahatlar Azərbaycanın dirşəlişi, qurtuluşu oldu. Heydər Əliyev dünyanın siyasət zirvəsinin ən uca yerində Azərbaycanın və ən böyük azərbaycanlının adını əbədi həkk etdi. Bu günün müasir, müstəqil Azərbaycanın təməli Heydər Əliyev siyasi fəlsəfəsinə söykənib. Ölkəmizin hərtərəfli inkişafı, iqtisadiyyatımızın yüksəlişi böyük öndər Heydər Əliyevin qoyduğu bünövrənin üstündə ucalır. Ulu öndərin uzaqgörən, məqsədyönlü siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində bu gün Azərbaycan dünya birliyində ləyaqətli yer tutur və demokratik, hüquqi, dünyəvi dövlət, sivil cəmiyyət quruculuğu yolu ilə inamla addımlayır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi