“Ulu Öndər milli dövlətçiliyimizin təməl daşını qoydu”
Şəymən Bayramova
07:36 15.06.2020
Tarix
1114
“Ümummilli Liderimiz gərgin əməyi ilə pərdə arxası bütün oyunlara son qoyuldu və Azərbaycanda dövlət quruculuğuna start verildi”
Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı 15 İyun Qurtuluş günü ilə bağlı xatirələrini “Sherg.az”la bölüşüb.
O ilk növbədə 15 İyunun tarixi əhəmiyyətindən və müstəqilliyimizin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib:
"Azərbaycanın fəlakətli dövründə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmiz anarxiya və parçalanmadan, milli dövlətçiliyimizin məhv olma təhlükəsindən, erməni qəsbkarlarının genişmiqyaslı işğalından xilas etdi:
Xatirimdədir, o zaman mənim 10 yaşım var idi. Atam proseslərin tam içərisində olduğuna görə mən AzTV və Ans TV - ni diqqətlə izləyirdim. Bir tərəfdən erməni işğalının törətdiyi ağır nəticələr - şəhid, köçkün, itkin xəbərləri, başqa tərəfdən isə daxili parçalanma, ərzaq qıtlığı, çörək çatışmazlığı kimi acınacaqlı vəziyyət hökm sürürdü. Bir sözlə, Azərbaycan ağır günlərini yaşayırdı. Belə bir ağır durumda ümidsiz qalan xalqımız vəziyyətdən çıxış yolunu yalnız Ümummilli Liderimiz Heydər Əliyevin Bakıya qayıtmasında görürdü. Ən çətin məqamlarda xalqımızın çağırışına səs verən və Azərbaycanın taleyinə biganə qalmayan xalqımızın nadir tarixi şəxsiyyətlərindən olan Heydər Əliyev 09 İyun 1993 - cü ildə Bakıya gəldi və İyun ayının 15 - də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Və beləliklə, 15 İyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu".
Günay xanımın sözlərinə görə, Ulu Öndərimizin hakimiyyətə gəlişi ilə Azərbaycan böyük faciələrdən xilas oldu və milli dövlətçiliyimizin təməl daşı qoyuldu:
-Ümummilli Liderimiz Heydər Əliyevin gərgin əməyi ilə pərdə arxası bütün oyunlara son qoyuldu və Azərbaycanda dövlət quruculuğuna start verildi, Konstitusiyamız qəbul edildi və milli dövlətçiliyimizin əsası olan hüquqi, siyasi, iqtisadi və sosial islahatlar həyata keçirildi, dünya iqtisadiyyatına inteqrasiyası yolunda ciddi addımlar atıldı, aparıcı dövlətlər və Beynəlxalq təşkilatlarla yüksək səviyyədə əlaqələr quruldu. Məhz bu təməl üzərində Azərbaycanımız artıq dünyada ciddi söz sahibinə çevrilən ölkələrdən biridir.
Ulu Öndərimizin "Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir" sözləri andımıza çevrilib. Onun yaratdığı müasir Azərbaycan hər birimizin qürur mənbəyidir!
Milli Qurtuluş Günü münasibətilə xalqımızı təbrik edirəm. Şərəf Tariximiz
Mübarək!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi