Vikipediyada Azərbaycana xəyanət dolu XƏRİTƏ, yoxsa...?! - Aydınlıq gətirildi !
Fidan Həmişəyeva
15:08 07.08.2020
Tarix
4095
Azərbaycanın işğal olunmuş əraziləri “Dağlıq Qarabağ Respublikası” kimi göstərilib
Araz Yaquboğlu: “Dağlıq Qarabağ qondarma respublika olsa belə, Vikipediya bu amilə 3-cü tərəf kimi yanaşır. Yəni nə erməniyə, nə də bizə tərəfdir, sadəcə neytral tərəf rolunu oynayır”
“Məsələn ermənilər iddia edir ki, belə bir "respublika" var. Biz isə əksini qeyd edirik. Vikipediya neytral mövqe olduğu üçün hər iki variantı yazır”
Vikipediyanın xəritəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri “Dağlıq Qarabağ Respublikası” kimi qeyd olunub. Xəritə Avropa mənbələrinə əsaslanaraq hazırlanıb. Ərazilərimizin böyük hissəsi erməni ərazisi kimi təqdim edilib. Bunun bir neçə səbəbi var. Mənbələrin dəqiq araşdırılmaması, Avropanın bir çox universitetlərində tarix sahəsində erməni alimlərin iştirakı və uzun illər davam edən lobbi fəaliyyəti.
Məlumdur ki, Dağlıq Qarabağ adlı bir Respublika yoxdur. Bu, sadəcə düşmənin uydurduğu yanlış faktlardan biridir. Azərbaycanın ərazisinin xəritədə Dağlıq Qarabağ Respublikası kimi təqdim edilməsi separatçı rejimə sərf edir. Lakin internet resurslarımızın məsələyə əl qoymasında yarar var. Eyni zamanda aidiyyəti dövlət orqanları da bu istiqamətdə fəaliyyətlərini ciddiləşdirməlidir.
Vikipediya idarəçisi Araz Yaquboğlu“Sherg.az”a açıqlamasında problemin illərdir ki, davam etdiyini deyib. Onun sözlərinə görə, bu məsələ son 1-2 ildir ki, 2 aydan bir qabardılır:
“Vikipediya dünya üzrə 300 dildədir və bir mərkəzdən idarə olunur. Məsələn, biz, ermənilər və digər ölkələr Vikipediyaya xəritələr yükləyirik. Dağlıq Qarabağ qondarma respublika olsa belə, Vikipediya bu amilə 3-cü tərəf kimi yanaşır. Vikipediyanın ümumi qaydaları belədir: Yəni nə erməniyə, nə də bizə tərəfdir. Vikipediya sadəcə neytral tərəf rolunu oynayır.
Məsələn ermənilər iddia edir ki,belə bir "respublika" var. Biz isə əksini qeyd edirik. Amma Vikipediya neytral mövqe olduğu üçün hər iki variantı yazmalıdır. Ona görə də xəritədə göstərilir ki, ermənilərin iddia elədiyi qondarma Dağlıq Qarabağ “respublikası” harada yerləşir”.
A.Yaquboğlu vurğulayıb ki, sözügedən problem digər ölkələrdə də var:
“Gürcüstan və digər mübahisəli zonalarda da belə hallar yaşanır. Məsələn biz də hansısa dövlətlə bağlı mübahisəli məsələni Vikipediyada qeyd edirik. Çünki vikipediya tərəfsizdir. Tərəfli olsa, Vikipediya mövcud qaydaları pozmuş olur. Biz Dağlıq Qarabağın qondarma respublika olduğunu Vikipediyamızda qeyd etsək də, ermənilər, ruslar və digərləri bunu yazmır. Onlar mətnin içində hər hansı bir başlıq altında istinad kimi qeyd edirlər ki, Qarabağ əvəllər Azərbaycan torpağı olub və işğal edilib, azərbaycanlılar isə bunu qondarma respublika hesab edir. Sadəcə bir cümlə kimi yazırlar. “Erməni soyqrımı” məsələsi Vikipediyamızda qeyd olunub. Biz bunu qondarma erməni “soyqrımı” kimi yazırıq. Lakin ermənilər bunun soyqrım olduğunu iddia edir, biz isə əksini”.
İdarəçənin sözlərinə görə, Azərbaycanın Vikipediyada “erməni soyqrımı” haqqında məqalə yerləşdirməməsi düzgün deyil:
“Çünki bu məlumatı səhifəmizdə yerləşdirməsək, oxucular başqa mənbələrə üz tutacaqlar. Tutaq ki, hansısa oxucu Qarabağ haqqında məlumat almaq istəyir və gəncdir. Vikipediyamızda məlumat olmayanda, rus və ya başqa mənəblərə üz tutacaq. Rusca Vikipediyada isə ermənilər daha çox işləyirlər və sübut etməyə çalışırlar ki, Qarabağ onlarındır. Öz dilimizdə həqiqətləri əks etdirmişik. Bu baxımdan məlumatların dilimizdə olmasının və Vikipediyada yerləşdirilməsinin üstünlüyü var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya