Vikipediyada İrəvan xanlığı haqqında Özbək dilində bölmə istifadəyə verilib -Foto
07:28 21.07.2020
Tarix
2902
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin növbəti layihəsi ilə qədim Azərbaycan dövləti İrəvan xanlığı haqqındaVikipediya Elektron Ensiklopediyasında Özbək dilində bölmə istifadəyə verilib.
Məlumatda Nadir şah Əfşarın vəfatı və Əfşarlardövlətinin süqutundan sonra Çuxursəədbəylərbəyliyinin əsasında yaranmış Mərkəzi şəhəri Azərbaycanın qədim tarixi şəhəri olan İrəvan olan Azərbaycan dövlətinin tarixinə geniş nəzər salınır. Qeyd olunur ki, Azərbaycan xanlıqlarından biri və 1747–1828-ci illərdə mövcud olmuş tarixi feodal dövləti olan İrəvan xanlığının əsasının XVIII əsrin ortalarında Mirmehdi xan tərəfindən qoyulub.
Materialda Azərbaycan dövləti olan İrəvan xanlığının 1827-ci il oktyabrın 6-da ruslar tərəfindən işğal edildiyi, 1828-ci il fevralın 10-da isə Türkmənçay sülh müqaviləsi ilə bu istilanın möhkəmləndiyi və bundan sonra Yaxın və Orta Şərqdə yaşayan erməni əhalisinin Cənubi Qafqaza, xanlığın ərazisinə köçürüldüyü qeyd olunur.
Xanlığın qədim tarixi, habelə ona rəhbərlik etmiş xanların dövrünün əks olunduğu bölmədə İrəvan xanlığının dövlət quruluşu, inzibati ərazi bölgüsü, ordusu, mədəniyyəti, memarlığı, abidələri, elm, təhsil, mədəniyyət, iqtisadiyyatı öz əksini tapmışdır.
Bölmədə xanlıq əhalisinin 1828-1832-ci illərə qədər etnik tərkibinə nəzər salınır, qeyd olunur ki, 134.646 nəfər İrəvan xanlığının əhalisinin mütləq çoxluğunu - 99.609 nəfərini Azərbaycan türkləri təşkil edir, lakin sonradan süni yolla bu ərazilərə ermənilərin köçürülməsi nəticəsində regionun etnik tərkibinin dəyişdirildiyi tarixi faktlarla öz əksini tapır.
Yaradılmış “Iravan xonligi”bölməsində zəngin ədəbiyyat siyahısı verilmişdir ki, burada Azərbaycan, rus və ingili dillərində nəşrlər verilmişdir.
Özbək dilində yaradılmış İrəvan xanlığı haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Iravan_xonligi linkində tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi