Vilayət Quliyev müstəqilliyimizin tanınması ilə bağlı əhəmiyyətli sənəd yayıb - FOTO
Turan
09:46 08.01.2020
Tarix
2214
Tanınmış diplomat, Azərbaycanın Macarıstandakı səfiri, araşdırmaçı-alim Vilayət Quliyev Azərbaycanın müstəqilliyinin tanınması ilə bağlı olduqca əhəmiyyətli sənəd paylaşıb və bir fakta dəyişiklik edilməsini istəyib.
Feysbuk profilində çağırış edən araşdırmaçı-alim bundan sonra sözügedən ciddi tarixi səhvin təkrarlanmayacağna ümid etdiyini yazıb:
“Cümhuriyyətlə bağlı daha bir şərəfli tarixin - Azərbaycanın müstəqilliyinin de-fakto tanınmasının 100 illiyi ərəfəsində tarixçilərimizi zəruri bir düzəliş aparmağa çağırıram. Bilmirəm, kiminsə “əlinin yüngüllüyü” sayəsində Paris Sülh konfransının Ali Şurası tərəfindən Cümhuriyyətin müstəqilliyinin de fakto tanınması günü kimi hər yerdə 11 yanvar 1920-ci il tarixi göstərilir. Əlimərdan bəy Topçubaşovun Paris arxivində saxlanan bu sənəd isə tanınma aktının bir gün əvvəl -yanvarın 10 baş tutduğunu sübut edir. Digər tərəfdən, 1920-ci ilin 11 yanvarı ümumiyyətlə bazar gününə təsadüf etmişdi... Aşağıda təqdim olunan sənədi almaq üçün Əlimərdan bəy 1920-ci il yanvarın 29-da Ali Şuranın katibliyinə müraciət etmişdi və ertəsi gün ona tanınma protokolundan foto-surətini əlavə etdiyim qətnamə (orijinalı fransız dilində ) göndərilmişdi. Ümidvaram ki, “daşdan keçən” bu sənəd “11 yanvar” tarixini bundan sonra “10 yanvarla” əvəzləmək üçün kifayətdir!”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə