Bundan başqa rus sülhməramlılarının şimalda Tərtər rayonu istiqamətində nəzarəti bir az genişləndirdiyi aydın görünür. Böyük şair Zəlimxan Yaqubun “Zarafat gəlməsin sənə bu dünya” şeirindəki məşhur misranı bir az dəyişsək, belə demək olar: “Hələ neçə dəfə oyun olacaq?”. Çünki oyunlar bitmir ki, bitmir. Yalandan bir cızma-qara eləyib, xəritə düzəltməyə nə var?! Amma tarixi dəyişmək olmur…
Xəritə təxribatı !- “Rusiya Qazax, Zəngəzur və Ordubadın torpaqlarını niyə unudur?!”
Banuçiçək Kalbalıyeva
12:48 21.12.2020
Tarix
1110
Rusiya Müdafiə Nazirliyi Qarabağda həyata keçirilən sülhməramlı missiyasının 17 dekabrda müəyyənləşən yeni xəritəsini açıqlayıb. Yenilənmiş xəritə Rusiya Müdafiə Nazirliyinin sülhməramlı missiya ilə bağlı yaradılmış bölməsində yerləşdirilib. Bu dəfə Laçın dəhlizi sülhməramlılar üçün ayrıca patrul zonası kimi təqdim olunub.
Bundan başqa rus sülhməramlılarının şimalda Tərtər rayonu istiqamətində nəzarəti bir az genişləndirdiyi aydın görünür. Böyük şair Zəlimxan Yaqubun “Zarafat gəlməsin sənə bu dünya” şeirindəki məşhur misranı bir az dəyişsək, belə demək olar: “Hələ neçə dəfə oyun olacaq?”. Çünki oyunlar bitmir ki, bitmir. Yalandan bir cızma-qara eləyib, xəritə düzəltməyə nə var?! Amma tarixi dəyişmək olmur…
Tarixçi-alim Kərəm Məmmədov “Sherg.az” a açıqlamasında da tarixi reallıqlıqdan danışıb:
“Azərbaycan tarixən üç hissəyə bölünüb: Kürdən şimal hissə, yəni Şəki-Şirvan, Kür və Araz çayı ortası, Aran və Arazdan cənub hissə, Güney Azərbaycan. Sonradan isə Qarabağ-Zəngəzur bölgəsində İrəvan bəylərbəyliyi yaradıldı. Bilirsiniz, “sintetik” Ermənistan faktiki olaraq Azərbaycanın ayrı-ayrı mahallarından kəsilən torpaqlar hesabına qurulub. Ermənistan vilayəti isə Türkmənçay müqaviləsindən sonra yaradılıb”.
K.Məmmədovun sözlərinə görə, Ermənistan xəritə tərtib etməkdə “mahir”dir:
“Belə bir missal var ki, “atı at yanına bağlasan həmrəng olmasalar da, həmxasiyyət olurlar”. Ermənilərin tarixən “xəritəbazlıq ənənəsi” məlumdur. İmkanları olsa, Antarktikadan Afrikayadək ərazini Böyük Ermənistan elan edərlər. Amma bir məsələni bilmək lazımdır ki, mənim torpağımı heç kim bölə bilməz! Rusiya belə xəritə tərtib edəndirsə, onda Azərbaycandan, o cümlədən Qazaxdan, Zəngəzurdan, Ordubaddan qopardılmış torpaqları niyə unudur?! Bir dəfə bir gürcü həmkarımla söhbət edirdik. Belə qərara gəldik ki, Ermənistan “bədxassəli şiş”dir və Azərbaycanla Gürcüstanın torpaqları hesabına şişir. Əgər vaxtında “kəsilməsə”, bütün Qafqaza “metastaz” verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi