Xocalı faciəsi ermənilərin zalımlığının və vəhşiliyinin təsdiqlərindən biridir
10:02 26.02.2020
Tarix
1199
Xocalı faciəsi ermənilərin zalımlığının və vəhşiliyinin təsdiqlərindən biridir, erməni təcavüzkarları tərəfindən kiçik Azərbaycan şəhərində törədilmiş qanlı qırğının ağrısı isə bu günədək azalmır.
Bunu Trend-ə Ukrayna Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru Arif Quliyev deyib.
O bildirib ki, Xocalı soyqırımı tarixə erməni ekstremist və şovinistləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən qorxunc kütləvi terror aktı kimi daxil olub:
“İki yüz il boyunca Azərbaycan xalqı Ermənistan tərəfindən etnik təmizləmə və soyqırıma məruz qalıb. Bunu tarixi faktlar da təsdiq edir. “Böyük Ermənistan” ideyası ilə yaşayan ermənilər öz məqsədlərinə nail olmaq üçün xarici havadarlarının köməyi ilə 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə azərbaycanlılara qarşı terror və soyqırım həyata keçirib və etnik təmizləmə siyasətini reallaşdırıb”.
A.Quliyev deyib ki, 1992-ci ilin əvvəlindən Ermənistan qoşunları təcavüzkar siyasətini genişləndirməyə və Dağlıq Qarabağdakı yaşayış məntəqələrini ard-arda işğal etməyə başladı. Akademik hesab edir ki, erməni silahlıları tərəfindən 90-cı illərin əvvəllərində Qarabağın Azərbaycan kəndlərində törədilmiş kütləvi qırğınlar və Xocalı soyqırımı özünü “əzilən” adlandıran ermənilərin vicdanında qara ləkə qalacaq:
“Bir müddət əvvələdək hakimiyyətdə olmuş “insanlar” – Serj Sarkisyan, Seyran Ohanyan, Robert Koçaryan və onlarla digər terrorçu Dağlıq Qarabağda, digər işğal olunmuş ərazilərdə azərbaycanlıların qırğınını və etnik təmizlənməsini təşkil edib və bunda iştirak ediblər”.
Onun fikrincə, Xocalı soyqırımını törətmiş düşmənin məqsədi Azərbaycan xalqının iradəsini qırmaq, müstəqillik yolundan geri döndərmək, ərazi bütövlüyü uğrunda mübarizəsini dayandırmaq və torpaqlarını zorla ələ keçirməkdən ibarət idi.
Akademik əlavə edib ki, Xocalı hadisələrinin bir sıra ölkələr tərəfindən soyqırım kimi tanınmasına baxmayaq, bu qorxunc cinayətin törədilməsinə görə hələ də heç kim cəzalandırılmayıb:
“Qurbanlar və cəlladlar hələ də yan-yana mövcudluğunu davam etdirir, təşkilatçılar və sifarişçilər qorxunc planlarını cızmaqda davam edir. Təkcə Azərbaycanda deyil, bütün post-sovet məkanında da bu cür qeyri-insani vəhşiliklərə göz yummuş Qorbaçov isə bütün dünyada insanlara demokratiya “dərsləri” keçir. Erməni işğalçılarının Xocalı sakinləri üzərindəki vəhşilikləri barədə kifayət yazılıb, faciə yerindən çoxlu foto və videogörüntülər var, amma indiyə qədər bir sual cavabsız qalmaqdadır: niyə bu vəhşi cinayətdə günahkarlar cəzalanadırılmayıb?”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə
“Şabranda yaşıllaşdırma aksiyalarının təşkili” layihəsi başa çatıb
13:32 31.08.2026
Ölkə
Paşinyan Modi ilə “Tramp marşrutu”nu müzakirə edib
13:21 31.08.2026
Gündəm
Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır
13:04 31.08.2026
Mədəniyyət
Azərbaycan və Çin prokurorluqları arasında memorandum imzalanıb
12:35 31.08.2026
Gündəm
Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb
12:33 31.08.2026
Gündəm
Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib
12:03 31.08.2026
Gündəm
İslandiyada əhali Aİ ilə üzvlük danışıqlarının bərpasını istəmir
11:57 31.08.2026
Dünya