Yaqub Mahmudov: “Tarix İnstitutu yeni kitablar hazırlayır”
17:56 27.04.2020
Tarix
953
“Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun normal iş ahəngi pozulmayıb. İnstitutun əməkdaşları hazırda öz elmi tədqiqatlarını evdə davam etdirirlər. Tarixçi alimlər yeni kitablar üzərində işləyirlər”.
İnstitutdan "Sherg.az"a verilən məlumata görə, bunu elmi müəssisənin direktoru, akademik Yaqub Mahmudov bildirib.
Yaqub Mahmudov deyib ki, Tarix İnstitutunun Elmi Şurasının onlayn iclası keçirilib. İclasda elmi müəssisənin fəaliyyəti müzakirə olunub və elmi işlər üzrə direktor müavinlərinə, elmi katibə, şöbə müdirlərinə tapşırıqlar verilib.
O qeyd edib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən akademiyada tədris onlayn şəkildə təşkil olunub: “Hazırda Tarix İnstitutunda 5 magistrant distant təhsil alır. Tarixçi alimlər onlara “Mixi yazılar”, “Tarix elminin müasir problemləri”, “Azərbaycan Atropatena və Albaniya dövlətləri”, “Tarixin tədrisi metodologiyası və metodikası”, “Azərbaycan dövlətlərinin beynəlxalq əlaqələri (XV-XVII əsrlər)”, “Osmanlı xətləri”, “Əski əlifba”, “Abbasqulu Ağa Bakıxanov və Mirzə Kazımbəyin tarixi görüşləri”, “XIX əsrdə Azərbaycanda tarixi fikrin inkişafı”, “Azərbaycan tarixində neft amili (XIX-XXI əsrin əvvəlləri)” və “XX əsrdə erməni daşnaklarının Azərbaycanda türk-müsəlman əhaliyə qarşı soyqırımları” elmi problemlərini tədris edirlər”.
Akademik deyib ki, Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Lamiyə Qafar-zadə Avropanın görkəmli alimləri Edmund Hertsiq, Peter Qud, Cerri Brotton, Kuroş Meşkat, Elio Brankaforte və başqaları ilə elektron poçt vasitəsilə əlaqə yaradıb və onlarla fikir mübadiləsi aparıb. İnstitutun aparıcı elmi işçisi, Polşadakı Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova isə Varşava Universitetinin tələbələrinə Azərbaycan tarixini onlayn rejimdə tədris edir.
“Tarix İnstitutunun əməkdaşları ilə elektron poçt və sosial şəbəkə vasitəsilə əlaqə saxlayır və görülən işlərlə maraqlanıram. Hazırda institut akademiyanın Rəyasət Heyətinin qərarına əsasən Azərbaycanın müstəqillik dövrü tarixini araşdırır. Tarixçi alimlər “Səfəvi dövlətinin idarəetməsində Azərbaycan-türk əyanlarının rolu”, “Azərbaycan tarixi Osmanlı sənədlərində”, “Daşnaksütyun” partiyası və türk-müsəlman xalqlarına qarşı soyqırımları (XIX əsrin sonu – XX əsrin əvvəlləri)”, “Sovet hakimiyyətinin ilk illərində böyük dövlətlərin Qafqaz siyasəti və Azərbaycan”, “Azərbaycan SSR Elmlər Akademiyasının formalaşması və yaranması (1920-1945-ci illər)”, “Ermənistanın Azərbaycana qarşı təcavüzü qlobal güc mərkəzlərinin siyasəti fonunda (1991-1994)” və başqa mövzular üzərində tədqiqat aparırlar. İnstitutun alimləri onlayn konfrans və seminarlarda da iştirak edirlər. Mən “Zəngəzur tarixi (I hissə)”, “Şəki tarixi” kitabları və Azərbaycan tarixinə dair illüstrasiyalı broşürlər üzərində işləyirəm. Broşürlər institutun “Tariximizə sahib çıxaq” layihəsi çərçivəsində hazırlanır. Müvafiq mütəxəssislər tərəfindən hazırlanacaq kitabçalarda Azərbaycanın dövlətləri, tarixi şəxsiyyətləri və mədəniyyəti yer alacaq”, - deyə tarixçi alim bildirib.
Yaqub Mahmudov qeyd edib ki, Prezident İlham Əliyev Tarix İnstitutunun fəaliyyətinə yüksək qiymət verməklə yanaşı, həm də institut qarşısında uzun müddət üçün proqram xarakterli vəzifələr qoyub: “Hazırda institut Prezidentin tövsiyə, çağırış və tapşırıqlarını əsas tutaraq öz fəaliyyətini uğurla davam etdirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi