Ziyalılardan Prezidentə MÜRACİƏT: Bakıda Nuru Paşaya abidə qoyulsun!
14:48 24.09.2020
Tarix
1529
Azərbaycanın bir qrup ziyalısı- professor Nəsiman Yaqublu, professor Qulu Məhərrəmli, professor Vaqif Sultanlı, professor Nəsir Əhmədli, dosent Firdovsiyə Əhmədova, dosent Ədalət Tahirzadə, dosent Boran Əziz, dosent Rəis Rəsulzadə, jurnalist Akif Aşırlı, dosent Sabir Məmmədli, dosent Faiq Ələkbərli Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Müraciət Bakı şəhərində Nuru Paşaya abidə qoyulması ilə bağlıdır.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident! XX əsr Azərbaycan tarixində baş verən ən mühüm hadisələrdən biri də 1918-ci ilin sentyabrın 15-də Bakı şəhərinin azad edilməsidir. 1918-ci ilin 28 Mayında Azərbaycan Milli İstiqlalını qazandıqdan sonra Bakı şəhəri və ətraf bölgələrin xəyanətkar ermənilərdən, eləcə də digər qüvvətlərdən azad edilməsi ciddi problem olaraq qalırdı. İstiqlalımızı elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Bakıda fəaliyyət göstərməsi isə qeyri-mümkün idi. Yenicə formalaşan Azərbaycan dövlətinin güclü ordusunun qısa zamanda yaradılması da imkansız idi.
Belə çətin şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında 1918-ci ilin iyunun 4-də imzalanan müqavilə əsasında Qafqaz İslam Ordusu general Nuru Paşanın komandanlığı altında Azərbaycan ərazisinə daxil olub düşmənə qarşı döyüşlərə başladı. 10 minə yaxın qəhrəman türk əsgəri yeni formalaşan milli ordu hissələrimizlə birlikdə bolşevik-daşnak ünsürlərinə qarşı ağır döyüşlər apardı. Gəncədə, Göyçayda, Ağdaşda, Hacıqabulda, Kürdəmirdə, Şamaxıda, Bakının ətraf kəndlərində − Qobuda, Güzdəkdə, Biləcəridə, Mərdəkanda, “Qurd Qapısı” və digər yerlərdəki döyüşlərdə 1000-dən çox türk əsgəri şəhid oldu. 1918-ci il 15 sentyabrda isə Bakı şəhəri azad edildi, milli hökumət Gəncədən Bakıya köçdü və Azərbaycanda ciddi dövlət quruculuğu prosesi başladı. Bakının Qurtuluşu zəfərində qəhrəman Nuru Paşanın xüsusi fədakarlığı olmuşdur. Bu uğurlu hərbi əməliyyatlara məhz Nuru Paşa başçılıq etmişdir.
Nuru Paşa eyni zamanda Gəncədə, Bakıda ilk hərbi məktəblərin yaradılmasının da təşəbbüskarı olmuşdur. 1918-ci ilin oktyabr ayında imzalanan Mudros müqaviləsinin şərtlərinə uyğun olaraq Türkiyə ordusu Azərbaycanı tərk etsə də, Nuru Paşanın milli ordumuzun güclənməsinə köməyi davam etmişdir. 1920-ci ilin aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildikdən sonra da Nuru Paşa müəyyən dövrdə xalqımızın müqavimətinin təşkilində əhəmiyyətli rol oynamışdır.
Cənab Prezident!Nuru Paşanın Azərbaycan tarixindəki bu xidmətini və fədakarlığını nəzərə alıb, ona Bakı şəhərinin ən görkəmli yerində abidə ucaldılmasını Sizdən xahiş edirik. Düşünürük ki, Bakı şəhərində Nuru Paşaya abidə ucaldılması, hər iki qardaş xalqın sarsılmaz birliyinin ümumi rəmzinə çevriləcəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi