
Ermənilər Rusiya üçün savaşacaq? - Ekspert rəyi
Yusif Nəzərli
12:02 03.07.2023
Gündəm
531
Rusiya Ukraynanın işğal olunmuş ərazilərində erməni könüllü batalyonları yerləşdirir.
Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.
İyulun 2-də Moskvadakı erməni katedralında keçirilən yolasalma mərasimində iştirak edən “Arbat” könüllü batalyonunun fotoları yayılıb.
“Həmin batalyonda Ermənistan vətəndaşları ilə yanaşı, Rusiyanın işğal etdiyi Abxaziyadan olan etnik ermənilərin də olduğunu güman edilir”, - Müharibə Araşdırmaları İnstitutundan bildirilib.
Hadisəni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli söyləyib ki, böyük ehtimalla bu Rusiya və orada yaşayan ermənilərin ortaq piar layihəsidir:
"Çünki ermənilər heç öz ölkələri üçün vuruşan millət deyil. Yəni onların Ukraynada Rusiya üçün vuruşma ehtimalı sıfıra bərabərdir. Bildiyiniz kimi, Azərbaycan və Ermənistan arasındakı 44 günlük savaşda da onlar Rusiyadan hərbi yardım tələb edirdilər və öz yerlərinə rusların vuruşmasını istəyirdilər. Ona görə də erməni könüllü batalyonunun Ukraynada vuruşması uydurulmuş piar kampaniyasıdır. Yəqin ki, 30-40 nəfər erməni hərbi formada foto çəkdirdikdən sonra dağılışıb".

Analitikin sözlərinə, Kreml Ermənistana göstərməyə çalışır ki, ərazisindəki ermənilər Rusiya üçün fədakarlığa hazırdırlar:
"Yəni Ermənistanın yenidən Rusiya ilə yaxınlaşmalı olduğuna eyham vurulur. Həmçinin Rusiyadakı erməni diasporu da Rusiyasız Ermənistanın gələcəyi olmadığını göz onünə sərir. Ümumiyyətlə indiyə qədər Ukrayna savaşında tək-tük halda erməni soyadlı insanlara rast gəlmək olar. Onlar da ya Rusiya ordusunun zabitləri, ya da çağırışçı əsgərlərdir. Yəni Ermənistan üçün vuruşmayan ermənilərin könüllü şəkildə Rusiyaya görə müharibə edəcəklərini düşünmürəm".
Qeyd edək ki, Rusiya mənbələri Ukraynanın işğal olunmuş ərazilərində könüllü erməni batalyonları yerləşdirildiyini təsdiqləyib.
Bundan başqa, amerikalı analitiklərin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri iyulun 2-də cəbhənin 6 istiqamətində əks-hücum əməliyyatı keçirib və bu ərazilərin bəzilərində qələbə qazanıb: “Rusiyalı bəzi blogerlərin fəaliyyəti hakimiyyətin şişirtdiyi uğurları ifşa edir. Buna görə də onların bir çoxuna sanksiya tətbiq edilir”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm