Mikayıl Cabbarov: SOCAR-ın Yaxın Şərqdə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır
Yusif Nəzərli
08:57 02.08.2025
İqtisadiyyat
551
“SOCAR-ın Suriyada və regionda gələcək dövr üzrə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır”.
“APA-Economics” xəbər verir ki, bunu Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimində jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O bildirib ki, Suriyaya ixrac edilən qaz SOCAR tərəfindən təhciz edilən və satılan qazdır, yəni konsorsiumların satdığı qaz deyil.
Nazir ümumilikdə əlavə edib ki, Azərbaycan qazının Yaxın Şərq regionuna rəqabətli şərtlərlə çatdırılması bu layihə ilə təsbit edilib:
"Azərbaycan bu layihə ilə təkcə qərb istiqamətində deyil, o cümlədən Şərq və Cənub istiqamətində də rəqabətli şəkildə enerjini təhciz edə bilməsini ortaya qoyub. Orta və uzunmüddətli planlarda biz ümidvarıq ki, bu istiqamətdə fəaliyyət davam etdiriləcək".
Qeyd edək ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.
Xatırladaq ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət