
Məhkəmə sistemində qadınların sayı rekord həddə çatdı
07:44 26.10.2025
Aktual
476
Mehriban Zeynalova: “Qadın hakimlər yalnız statistika deyil, güclü nümunədir”
“Cinsiyyət stereotipləri hələ tam yoxa çıxmayıb, amma qadınlar məhkəmədə fəallaşır”
Son illərə qədər Azərbaycanda qadınlarla kişilərin qeyri-bərabər təmsil olunması güc strukturlarında, hüquq-mühafizə, məhkəmə orqanlarında qabarıq nəzərə çarpırdı. Xüsusən məhkəmə sistemində qadınların təmsilçilik faizi çox aşağı idi.
Lakin son illər faiz göstəricisi yaxşılığa doğru dəyişib. Azərbaycanda fəaliyyət göstərən qadın hakimlərin sayı açıqlanıb.
Milli Məclisin plenar iclasında deputat Nizami Səfərov bildirib ki, 2019-cu ilə qədər təyin edilmiş 415 hakimin cəmi 63 nəfəri (15,1 faiz) qadın olduğu halda, sonrakı illərdə təyin edilən 254 hakimin 119 nəfəri (46,9 faizi) qadınlardır: “Belə bir yanaşma ölkəmizdə gender bərabərliyinin təmin olunması və qadınların məhkəmə sistemində fəal iştirakının bariz nümunəsidir. Hazırda məhkəmə sistemində qeyd etdiyim 645 nəfər fəaliyyət göstərən hakimlərdən 175 nəfərini qadınlar təşkil edir”.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a açıqlamasında bildirib ki, qadın hakimlərin sayının artması müsbət haldır və belə dəyişiklikləri yüksək qiymətləndirir:

“Qadın hakimlərin sayının artması yalnız statistik göstərici deyil, həm də qadınların qərarvermə proseslərində daha fəal iştirakının göstəricisidir. Bu, həm dövlət siyasətinin, həm də ictimai münasibətlərin müsbət istiqamətdə dəyişməsinin nəticəsidir. Əlbəttə, bu, çox yaxşı stimuldur. Qadınların məhkəmə sistemində və yüksək vəzifələrdə təmsilçiliyinin artması cəmiyyət üçün, xüsusilə də gənc qızlar üçün motivasiya yaradır. Bu, məişət səviyyəsində ataların da qızlarının təhsilə marağını dəstəkləməsinə, onların hüquq, idarəetmə, siyasət kimi sahələrdə özlərini sınamasına örnək ola bilər.
Eyni zamanda, bu proses ölkənin gender bərabərliyinin təmin edilməsi istiqamətində götürdüyü öhdəliklərin artan xətt üzrə icra olunduğunu göstərir. Yəni Azərbaycan təkcə qanunvericilikdə deyil, praktik müstəvidə də qadınların hüquq bərabərliyinin təmin olunması istiqamətində irəliləyir.
Lakin bütün bu müsbət addımlara baxmayaraq, sual yaranır: biz gender stereotiplərini tam aradan qaldıra bilmişikmi? Təəssüf ki, hələ yox. Qadınlar yüksək vəzifələrə təyin olunduqda, onlar çox vaxt yalnız peşəkar keyfiyyətlərinə görə deyil, cinslərinə görə də diqqət mərkəzinə düşürlər”.
M.Zeynalova qeyd edib ki, cəmiyyətdə bəzən belə yanlış yanaşma mövcuddur ki, qadın uğur qazandıqda onun bacarığından çox, “qadın olması” müzakirə olunur:
"Nəticədə belə qadınlar daim özlərini sübut etmək, daha çox məsuliyyət daşımaq və davranışlarını nəzarətdə saxlamaq məcburiyyətində qalırlar. Bu, əslində, onların üzərində ikiqat yük yaradır, həm peşəkar, həm də sosial baxımdan.
Ona görə də biz yalnız rəqəmlərlə yox, düşüncə tərzinin dəyişməsi ilə də fəxr etməliyik. Cəmiyyət qadınların yüksək vəzifələrə gəlməsini təbii hal kimi qəbul etməli, onların uğurlarını gender prizmasından yox, peşəkarlıq və xidmət baxımından qiymətləndirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol