
Dəftələrin üzərində şəhidlərin fotosu...-Naşir:“Mən belə ucuzlaşdırmazdım”
15:03 20.09.2021
Elm və Təhsil
514
“Təsəvvür edin, həmin dəftəri istifadə etdikdən sonra zibil qutusuna atacaqlar, üzərində də şəhidimizin fotosu olacaq”
“Yəqin çap etdirən insan bunu fikirləşməyib, istəyib onları xatırlatsın”
“Mən isə dəftərdə deyil, başqa davamlı qalan, rəflərdə yeri olan çap məhsullarının üzərində görmək istərdim”
Yeni çap olunan dəftərlərin üzərində Vətən müharibəsində şəhadətə ucalan igidlərimizin fotoları və onlar haqqında məlumatlar əks olunub. Beləliklə, şagirdlər qəhrəmanlarımızı tanıyacaq, onları daim yadda saxlayacaqlar.
Lakin bu təşəbbüs ictimaiyyətdə müzakirə doğurub. Əksəriyyət dəftərlərin istifadə olunduqdan sonra atılacağını, azyaşlı şagirdlər tərəfindən cırıla biləcəyini düşünüb və bunun düzgün olmadığını xüsusi vurğulayıb.

Mövzu ilə bağlı “Sherg.az”a danışan naşir, təhsil eksperti Rafiq İsmayılov söyləyib ki, bu təşəbbüsün yaxşı tərəfləri də var:
“Dəftərin üzərində əks olunması, uşaqların görməsi, yadda saxlaması gözəldir. Şəhidlərimizin müxtəlif yollarla yada salınması təqdirəlayiqdir. Lakin bu elə də böyük hadisə deyil ki, haqqında xüsusi yazılsın. Çünki bunun müsbət tərəfləri ilə yanaşı xoşagəlməz tərəfləri də mövcuddur.
Təsəvvür edin, həmin dəftəri istifadə etdikdən sonra zibil qutusuna atacaqlar, üzərində də şəhidimizin fotosu olacaq. Bu tərəfini düşünmək lazımdır.
Yəqin çap etdirən insan bunu fikirləşməyib, istəyib onları xatırlatsın. Mən isə belə ucuzlaşdırmazdım. Dəftərdə deyil, başqa davamlı qalan, rəflərdə yeri olan çap məhsullarının üzərində görmək istərdim”.
Samirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi