Dərs yükü artanda keyfiyyət azalır
Fidan Həmişəyeva
13:44 10.09.2019
Elm və Təhsil
790
Azərbaycanda müəllimlərin dərs yükü normaları dəyişdirilib. Nazirlər Kabineti bununla bağlı "Təhsil müəssisələrinin pedaqoji işçilərinin (dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər istisna olmaqla) dərs yükü normalarının müəyyən edilməsi haqqında" qərara dəyişiklik edib.
Normaların indiyədək olan variantına görə, bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində, idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır) müəyyən edilmişdi.
Yeni dəyişikliyə görə isə bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 stavka dərs yükü - 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkanı aşmamalıdır) olacaq. İdman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 stavkanı aşmamalıdır) müəyyən edilib.
Dəyişikliklərlə bağlı “Sherg.az”a danışan Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə ekspert Məlahət Mürşüdlünün fikrincə, müəllimlərin dərs yükünün artırılmasının müsbət tərəfələri kimi mənfi təsirləri də olacaq:
Ekspert qeyd edib ki, dərs yükünün artırılması əmək haqlarının artması üçün yaxşı haldır:
“Amma digər tərəfdən müəllimlərin dərsə hazırlaşma keyfiyyəti aşağı düşəcək. Çünki əvvəllər müəllimlər həftədə 18 saat dərsə hazırlaşırdılar, indi isə bu saatların artırılması keyfiyyəti aşağı salacaq. Bu, dərs yükünün çoxalmasının mənfi tərəfidir.
Düşünmürəm ki, şəhər məktəblərində kimsə 24 saatdan artıq dərs apara bilsin. Yəqin ki, bu dəyişiklik ancaq uzaq bölgələrdə, dağ məktəblərində, müxətlif fənlərdən müəllim çatışmazlığı olan yerlərdə keçərli olacaq.
Məsələn, məktəbdə bir nəfər kimya müəllimi varsa, o məcbur olub digər siniflərə də bu fənni tədris edəcək. Bu bölgə məktəblərində olan problemdir. Fikrimcə, dərs yükünün artırılması zaman-zaman bu problemin aradan qalxmasına səbəb olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi