Distant təhsil saxlanılmalı idi
07:57 24.09.2021
Elm və Təhsil
474
Nazirlər Kabineti "Formal təhsilin təşkili Qaydaları”na dəyişiklik edib. Bu Qaydalar formal təhsilin təşkili məsələlərini tənzimləyir. Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili, ali təhsil, yenidənhazırlanma təhsili, təkrar ali və ya orta ixtisas təhsili dövlət təhsil sənədinin verilməsi ilə başa çatdığı üçün formal təhsil hesab edilir. İndiyə qədər ümumi təhsil pilləsi üzrə ibtidai təhsil səviyyəsində təhsilalma forması əyani olub. Dəyişikliyə əsasən, ümumi təhsil pilləsi üzrə ibtidai təhsil səviyyəsində təhsilalma forması sırasına sərbəst (eksternat) təhsil forması daxil edilib.
İndiyə qədər ümumi təhsil pilləsində qanunvericiliyə uyğun təşkil edilən şagirdlərin evdə təhsili və fərdi təhsili də formal təhsil hesab edilir. Dəyişikliyə əsasən, stasionar təhsil də formal təhsil hesab ediləcək. Digər dəyişikliyə əsasən, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsilinin distant formada təşkil olunmasına dair müddəa ləğv olunub.
Təhsil eksperti Elçin Əfəndi "Şərq"ə açıqlamasında bildirib ki, əslində təhsilin əlçatanlığı təmin olunmayan uşaqlar üçün distant təhsil saxlanılmalı idi. Ancaq çox təəssüf ki, saxlanılmadı və birbaşa ənənəvi dərslərə keçid oldu:
"Bəlkə də qarşıdakı dövr ərzində sırf həmin şəxslər üçün dərslər yenidən distant formada ola bilər. Bunun üçün də əlbəttə ki, həmin şəxslərin müvafiq qurumlara müraciət etməsi vacib şərtdir. Əgər onlar həqiqətən də tədrisə ənənəvi qaydada qoşula bilmirlərsə, mütləq ki, distant formalı təhsildən yararlanmalıdırlar. Hazırda Təhsil Nazirliyinin teledərsləri davam edir. Həm rəsmi feysbuk hesabından, həm də televiziyalar vasitəsilə. Yəni dərsə qoşula bilməyən və ya dərsləri yaxşı mənimsəməyən şəxslər üçün imkan yaradılır ki, onlar ordan müvafiq mövzuları öyrənə bilsinlər. Hesab edirəm ki, ənənəvi qaydada tədris imkanlarından məhrum olan uşaqlar təhsil aldıqları müəssisəyə və ya Təhsil Nazirliyinə bununla bağlı müraciət göndərsələr, yəqin ki, o zaman onların xeyrinə bir qərar verilə bilər".
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi