“Dumaya seçkilərdən sürpiz nəticə gözlənilmir” – Yerlər bölüşdürülür!
14:21 17.09.2021
Elm və Təhsil
816
“Konkret olaraq bölünmüş yerlər var. Bu, qanuni olmasa da, özlərinin müəyyən etdiyi bir kvota mövcuddur"
"Həmin kvota ilə də Dumaya gedirlər”
“Hakimiyyət konkret olaraq formalaşdırır ki, filan partiyadan bu qədər nümayəndə olmalıdır”
Rusiyada Dövlət Dumasına seçkilər üçün üç günlük səsvermə başlayıb. Rusiya vətəndaşları Dövlət Dumasının deputatlarını seçəcək. Eyni zamanda 39 bölgədə qanunverici məclislərə, doqquz bölgədə isə birbaşa region başçılarının seçkiləri keçiriləcək. Daha üç subyektdə parlament üzvlərinin səsverməsi ilə valilər seçiləcək.
Qeyd edək ki, 2021-ci ildə Rusiyada vahid səsvermə günü sentyabrın 19-na təyin edilib. Ancaq bütün ölkə üzrə seçki məntəqələri üç gün - 17, 18 və 19 sentyabrda işləyəcək.
Seçki prosesi ilə bağlı “Sherg.az”a açıqlama verən "Atlas" Araşdırmalar Mərkəzinin eksperti, siyasi şərhçi Samir Hümbətov bildirib ki, Rusiya bizdən fərqli olaraq çoxsubyektli bir ölkədir. Yəni orada çoxlu muxtar respublika və vilayətlər var:
“Həmin vilayətlərin də hər birində seçkilər fərqli formada keçirilir. Duma seçkilərində Rusiyada daha çox hakimiyyət etalonunun təmsil olunma məsələsi əsasdır. Təbii ki, burada qeyri-adi nəticələrin ortaya çıxacağı gözlənilmir. Həmişəki kimi Vladimir Putinin rəhbərlik etdiyi partiya birinciliyi özündə saxlayacaq. Eyni zamanda Rusiyada Jirnovskinin başçılıq etdiyi “Liberal Demokrat” partiyasının fraksiyası da təmsil olunur. Rusiya Dumasının marağında olan digər məsələ də kommunistlərə yer verilməsidir və bu dəfə də onlara yer veriləcəyi gözlənilir”.
S.Hümbətovun fikrincə, Rusiyada diqqət çəkən digər məsələ seçkiqabağı kampaniya dövründə ənənəvi rus siyasətinin həyata keçirilməsidir:
“Məsələn, Jirnovskinin partiyasında belə bir siyasi ab-hava formalaşıb: Onlar ölkə hakimiyyətini tənqid etmirlər, daha çox Rusiyanın nəzarət etmək istədiyi ölkələr haqqında tənqidi fikirlər səsləndirirlər. Məsələn, bir neçə gün öncə Jirinovski Azərbaycan haqqında bəzi fikirlər səsləndirmişdi. Yəni onların seçkiqabağı əsas propaqanda maşını zamanında təsir dairələrinin güclü olduğu regionlara və dövlətlərə yönəlmiş siyasətlə formalaşır. Hansı partiya kənar qüvvəyə nə qədər çox basqı siyasətini yürüdə bilirsə, onun Dumada yerinin daha çox olma şansı var. Rusiya Dövlət Dumasında seçkilərdə kimin hansı statusda olmasına baxmayaraq, konkret olaraq bölünmüş yerlər var. Bu, qanuni olmasa da, özlərinin müəyyən etdiyi bir kvota mövcuddur. Həmin kvota ilə də Dumaya gedirlər. Hakimiyyət konkret olaraq formalaşdırır ki, filan partiyadan bu qədər nümayəndə olmalıdır. Seçkidən sürpiz nəticə gözləmirəm. Ənənəvi olaraq bu seçkidə də əvvəlki fraksiyalar, partiyalar və siyasətçilərin təmsil olunma ehtimalı daha çoxdur”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi