Ekspert: Bütün universitetlər üçün eyni monitorinq həyata keçirə bilmərik
10:08 19.08.2024
Elm və Təhsil
636
"Bu gün təhsilimizdə böyük dəyişikliklər baş verir. Bu dəyişiklikləri planlaşdıran, nəticələri proqnozlaşdıran strateqlər olduqca məsuliyyətli yükün altına giriblər. Təhsilin bütün pillə və səviyyələrində, əlaqəli sahələrdə infrastruktur və məzmun yenilənir, yeni nəsil insan resursları bazası formalaşdırılır".
Bakupost.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Telman Cəfərov bildirib.
Onun sözlərinə görə, yenilənən təhsil qanunvericilik aktları, onların icrası ilə real tədris situasiyası, strukturlaşma, təlim-tərbiyə prosesləri arasında bağlılıq, eksperimentlərin, layihələrin və yeni relslər üzərinə transformasiyaların faydalılığı hələ ki, təhlil, sistemli ictimai müzakirə və qiymətləndirmə obyekti və predmeti olmayıb:
"Artıq kifayət qədər yol qət edilib. Eyni zamanda son günlər orta və ali təhsil sistemlərində yeni hədəflər, ciddi yeniliklər barədə yeni mesajlar səsləndirilir. Bütün təhsil pillə və səviyyələrində vəziyyətə bələd olan və təcrübəyə malik adam kimi o qənaətdəyik ki, növbəti mərhələdə aparılacaq islahatların səmərəli olması üçün hansısa formada mövcud vəziyyətin Milli qiymətləndirilməsi və ya monitorinqi gündəmə gəlib. Bu sırada xüsusilə Azərbaycan universitetlərində aparılan struktur və məzmun dəyişikliklərinin, təklif olunan tədris proqramlarının zamanın, real və perspektiv əmək bazarının tələblərinə uyğunluğunu araşdırmaq faydalı olardı".
Ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli isə “Sherg.az”a bildirib ki, son 3-5 ildə təhsildə yenilənmələr baş verir:
“Düşünürəm ki, struktur dəyişikliyi, fənlərin əmək bazarı ilə uyğunluğunun yoxlanılması və monitorinqin aparılması çox önəmlidir. Ancaq burada incə bir nüans var. Biz bütün universitetlər üçün eyni monitorinq həyata keçirə bilmərik. Çünki universitetlərimiz tək paytaxtda deyil, eyni zamanda regionlarda da fəaliyyət göstərir. Hər bir regionun əmək bazarının isə öz tələbi var. Bəli ümumi peşə kompetensiyaları deyə bir anlayış var. Düşünürəm ki, diqqət ediləsi məqam ali təhsil müəssisələrinin təhsil proqramlarının özlərinin müstəqil şəkildə hazırlanmasıdır. İlk növbədə bu məsələ gündəmə gəlməlidir. Çünki hər bir universitet əmək bazarının hansı tələblərinin olduğunu özü müəyyən etməlidir. Eyni zamanda kadr ehtiyyatı da nəzərə alınmalıdır. Yəni həmin fənləri tədris edəcək səviyyədə müəllim heyətimizin olub-olmaması diqqətdə olmalıdır. Təkcə əmək bazarının deyil, eyni zamanda universitetin də maliyyə imkanları, kadr potensialının olub-olmaması diqqətə alınmalıdır. Ümumiyyətlə tədris olunan fənlərin hamı üçün eyni dərəcədə keçirilməsinin tərəfdarı deyiləm. Hər bir universitetdə ixtisas proqramı əmək bazarının tələbinə uyğun hazırlanmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial