
Ekspert: Z və Alfa nəslinin əlindən mobil telefonları almaq mümkün olmayacaq
13:15 02.09.2024
Elm və Təhsil
774
Rusiyada məktəblilər dərs zamanı mobil telefondan istifadə edə bilməyəcək.
Sherg.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə qanun qüvvəyə minib.
"Məktəblilərin və müəllimlərin həyatı və ya sağlamlığı üçün təhlükə yaradan hallar və digər fövqəladə hallar istisnadır", - Rusiya KİV-də qeyd olunub.
Təhsil eksperti Elçin Murad “Sherg.az”a bildirib ki, orta məktəblərdə telefonlar aktiv şəkildə işləndiyi üçün disiplinsizlik baş alıb gedir:
“Düşünürəm ki, Rusiyada bu qərarın verilməsi təhsilin keyfiyyətinə öz təsirini göstərəcək. Bu qərar Azərbaycanda da tətbiq edilsə, çox yaxşı olar. Çünki bununla şagirdlərin tamamilə telefondan uzaqlaşıb, dərsə fokslanacaqlar. Həmçinin hər hansı səbəbdən yerli-yersiz müəllimləri və ya bir-birini şantaj etməsi aradan qalxmış olacaq. Belə olan təqdirdə müəllimlərin şağirdlərə olan nəzarət sistemi daha da güclənəcək. Məktəblərdə müəyyən ölçü çərçivəsində telefonların icazə verilməsi və ya yığışdırılması qəbul olunandır. Yaxşı olar ki, tamamilə yığılsın. Lakin istənilən halda valideyn övladından xəbər almaq istəyirsə, qiyməti aşağı olan yəni köhnə telefonların istifadəsinə icazə verilsə, kifayətdir. Smartfon telefonların məktəbə daxili qəbuledilməzdir. Çünki şagirdlər müəllim dərs danışdığı zaman dərsdən tamamilə uzaqlaşır və telefonda yaşanan hadisələrə maraq göstərir. Digər tərəfdən hansısa bir hadisə olursa, onu çəkib sosiallaşdırırlar. Məktəblərdə isə məhrəmiyyət deyilən bir anlayış var. Yəni onlar məktəb daxilində qalmalı olan hadisələrdir. Həmin hadisələr çölə çıxmamalıdır, çıxanda isə məktəblərə pis nümunə olur. Bu kimi məsələlərin qarşısını almaq üçün isə telefonlara ciddi nəzarət olmalıdır”.
Təhsil eksperti Elnur Aydın isə bildirib ki, Bu qərarın effektiv nəticələr verəcəyini düşünmür:

“Rusiya sosial şəbəkələrə də bəzi məhdudiyyətlər qoyur. Nəyinsə istifadəsini qadağa qoymaq asandır. Daha yaxşı alternativini təqdim etmək isə çətindir. Mobil telefon uşagın həm dostu, həm də düşməni ola bilər. Düzgün və faydalı istiqamətdə istifadə zamanı şagirdlərə dəstək ola, zərərli proqramlar və mobil tətbiqlərdən istifadə zamanı isə ciddi zərər verə bilər. Mobil telefonlarda uşaq nə qədər vaxt keçirir? Mobil telefonlarda nə axtarır, nə tapır, nə öyrənir? Bunu nəzarətdə saxlamaq mümkündür. Bir də bizim bu işdə şagirdlərə köməyimiz faydalı elektron resurslar yaratmaqdır. Faydalı proqramların, saytların və mobil tətbiqlərin istifadəsi barədə onları mütəmadi məlumatlandırmaqdır. Azərbaycanda mobil telefonların şagirdlərin əlindən alınmasının doğru addım olacağını düşünmürəm. Faydalı istiqamətdə işlətmələrinə sövq etməyin faydalarının olacağını düşünürəm. Z və Alfa nəslinin əlindən mobil telefonları almaq mümkün olmayacaq. Bu uşaqlar gözünü açandan mobil telefonu görüb və bunu həyatının mühüm bir parçası hesab edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya