Emin Əmrullayev: Elmlə ali təhsil bir yerdə olmayanda inkişaf olmur
Emin Əmrullayev: Elmlə ali təhsil bir yerdə olmayanda inkişaf olmur
08:42 07.05.2024
Elm və Təhsil
515
“Azərbaycan elmi ilə bağlı orijinal məqsədlərə qayıtmalıyıq. Bu dəyişikliklərin məqsədi ondan ibarətdir ki, elmlə təhsil arasında bir vəhdət qurulmalı və inteqrasiya aparılmalıdır”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
O bildirib ki, elm və təhsil haqqında ayrı-ayrılıqda danışmaq doğru olmaz:
"Məhz bu mənada biz təhsildən danışanda elmdən də danışırıq. Bu zaman ərzində iki əsas istiqamətdə iş aparmışıq. Bunlardan biri elmi müəssisələrlə iş aparan müvafiq strukturların yaradılması, digəri isə elmi fəaliyyətlə məşğul olan müəssisələrlə ali təhsil müəssisələrinin fəaliyyətini yaxınlaşdırmaq olub. Ola bilsin ki, bu diaqnostik mərhələni vətəndaşlar hiss etmirlər, lakin qərarların verilməsi üçün müvafiq məlumatların toplanılması, sistemləşdirilməsi və indiki mövqeyimizi başa düşməyimiz olduqca vacibdir”.
Nazir qeyd edib ki, bu diaqnostikanın nəticəsində görünən odur ki, həm elmi müəssisələrin fəaliyyəti, həm də ali təhsil sahəsində çox ciddi bir pərakəndəlik mövcuddur: “Bu gün ölkəmizdə 100-dən artıq elmi müəssisə olsa da, onların arasında qarşılıqlı fəaliyyət çox aşağı səviyyədədir. Bu səbəbdən biz 3 istiqamətdə problem yaşayırıq. Birincisi, elmlə ali təhsil bir yerdə olmayanda inkişaf olmur, çünki tələbə də, doktorant da məhz elmi müəssisədə yetişməlidir. İkincisi, biz elm və təhsili çox dar profil üzrə böləndə inkişafdan geri qalırıq. Yəni inşaat mühəndislərimiz müəllimlərimizdən kənar, müəllimlərimiz mühəndislərimizdən ayrı, yaxud tibb sahəsində olan tədqiqat qurumlarının İT sahəsində olan adamlardan fərqli, əlaqəsiz və ya az əlaqəli fəaliyyəti bizə istər beynəlxalq reytinqlər, istərsə də inkişaf baxımından ciddi bir maneədir. Çünki dar çərçivənin bəlli bir böyümə miqyası var və bu zaman həmin miqyasdan artıq böyümək çətin olur. Lakin multidisiplinar, yəni müxtəlif sahələrin inteqrasiyalı şəkildə böyümə imkanı sonsuzdur”.
Emin Əmrullayevin sözlərinə görə, elmin inkişafından danışarkən anlamalıyıq ki, bunun üçün ciddi bir zaman lazımdır və bir alimin yetişməsi üçün 20-30 il investisiya qoyulmalıdır:
“Belə bir formul yoxdur ki, Elm və Təhsil Nazirliyi iki il ərzində Azərbaycan elmini ən yüksək səviyyəyə qaldırsın. Bu səbəbdən bizim hazırda gördüyümüz işlər odur ki, bir neçə ali təhsil müəssisəsi ilə elmi müəssisələr arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Bu, ilk addımdır. Eyni zamanda, müfəssəl elmi bazalarımız toplanıb və müxtəlif elmmetrik jurnallarda çap olunan alimlərimizin data bazası var. Onun düzgün kombinasiyasını fikirləşirik. Eyni sayda alimin müxtəlif formatlarda işinin təşkili sonda müxtəlif nəticələr verir. Çox sadə şəkildə desəm, onların ayrı-ayrılıqda fəaliyyətindən birgə fəaliyyətləri daha yaxşı nəticələr verir. Bunu anlamışıq və dizayn etməyə çalışmışıq. Bizim ən vacib istiqamətlərimizdən biri də mövcud olan elmi potensialla ali təhsil müəssisələrimizin reytinqlərini əlaqələndirməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
12:37 15.05.2026
Gündəm
Paşinyan rusiyalı oliqarxdan üzr və 6 milyon tələb edir
12:10 15.05.2026
Gündəm