"Fond pulu" yığanı yox, yığdıranı cəzalandırmaq lazımdır: Sinif rəhbəri sadəcə icraçıdır
Fidan Həmişəyeva
11:04 05.11.2019
Elm və Təhsil
1479
Bakı şəhəri 193 saylı orta məktəbdə “fond pul”u yığan müəllimə və direktor müavininə töhmət verilib. Şagirdlərdən vəsait toplanmasına dair daxil olmuş müraciət əsasında Təhsil Nazirliyi tərəfindən araşdırma aparılıb.
Araşdırma zamanı müəyyən olunub ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımova tərəfindən məktəbdə nəzarətin zəif təşkil edilməsi, zəruri qabaqlayıcı və maarifləndirici tədbirlərin görülməməsi səbəbindən 8 c sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayeva peşə fəaliyyətini yerinə yetirərkən qaydaları pozub, “fond pulu” adı ilə sinif şagirdlərinin valideynlərinin hər birindən ayrı-ayrılıqda 20 manat pul tələb edib.
Araşdırmanın nəticəsinə əsasən, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elnarə Qasımovaya töhmət, Azərbaycan dili və ədəbiyyat müəllimi Toyzu Mustafayevaya isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Hadisəni dəyərlənirən təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu Sherg.az-a söyləyib ki, məktəbdə “fond pulu” və yaxud müxtəlif adlarla yığılan pulların miqyası azalmayıb, əksinə belə hallar bir az da çoxalıb:
Ekaspertin qənaətincə, 193 saylı məktəbdəki hadisə əslində cinayət hesab olunur:
“Çünki rüşvət almaq cinayətdir. Cinayətin sifarişçisini bir kənara qoyurlar, amma onun icraçısına iş verirlər. Məlumdur ki, sifarişçi məktəb direktoru, təhsil şöbəsinin müdiri, icra hakimiyyətinin başçısıdır. Bu pullar yığılaraq bir istiqamət üzrə qeyd etdiyim şəxslərə gedir. Amma cəzanı alan şəxs sinif rəhbəridir. Tam məsuliyyətlə deyirəm ki, sinif rəhbərinin bu işdə o qədər də böyük günahı yoxdur, onlara qalan qəpik-quruşdur. Bəzən elə hallar olur ki, lazım olan miqdarda pulu yığa bilmədiyi üçün direktor sinif rəhbərlərini məcbur edirlər ki, “gətirin maaşınızı ortaya qoyun”. Şəxsən mən orta məktəbdə işlədiyim zamanlar belə hallarla rastlaşmışam”.
Ekspert hesab edir ki, hadisədə birbaşa məsuliyyət daşıyan şəxs məktəbin direktorudur:
“Direktor icra başçısına tabedir. Ona görə də Təhsil Nazirliyi icra başçısını cəzalandırmağa ehtiyat edir. Bir qayda olaraq dəfələrlə belə hadisə ilə qarşılaşmışıq. Yalnız o direktoru işdən çıxarırlar ki, artıq onun cinayəti tam ictimailəşir. Bu zaman Təhsil Nazirliyi yaxud Bakı şəhər Təhsil İdarəsi səs-küy qaldırır ki, “filan direktor cəzalandırılmalıdır”. Sinif rəhbərinin cəzalanmasını əsassız hesab edirəm. Çünki müəllimlərə töhmət verilməsi heç də rüşvətin qarşısını almayacaq. Onun yerinə başqa sinif rəhbərini gətirəcəklər və o da eyni fəaliyyəti göstərəcək. Əsas bu işdə əli olan şəxslər cəzalanmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi