
Hədəfin mükəmməlliyi: Əsl tələbələr məhz, onlardır
13:42 26.08.2024
Elm və Təhsil
587
"600-dən çox bal toplayan iki nəfər ali təhsil müəssisələrinə qəbul olmayıb".
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə universitetlərə qəbulun nəticələri ilə bağlı keçirdiyi brifinqdə deyib.
"Bu il yeddi mindən çox məzun ali təhsil müəssisələrinə ərizə verməyib. Universitetlərə qəbul üçün ərizə verən 93 min məzunun əksəriyyəti məktəbi bu il bitirib".
Məsələ ilə bağlı fikirlərinin tamam fərqli olduğunu deyən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki, ixtisas seçimləri zamanı bir çox gənclərlə ünsiyyətdə olub:

''Onların içərisində tam hədəfini bilənlərdə var idi, əksinə, nə istədiyini bilməyənlərdə. DİM-in idarə heyyətinin sədri Məleykə Abbaszadə mediaya açıqlamasında bir neçə nüansı vurğuladı. Onlardan biri də birinci ixtisas qrupu üzrə 600-dən çox bal toplayan 2 nəfərin tələbə adını qazana bilməməsidir. Onlar ixtisas seçimi zamanı yalnız bir yeri yazaraq digər xanaları doldurmağa ehtiyac bilməyiblər. Doğrusu, hədəfin mükəmməlliyi məni heyrətləndirdi. Fikrimcə, həmin iki gənc qəbul olan əksər tələbələrdən daha uğurludur. Onsuz da onların nəticələrindən hansı savada sahib olmaları açıq görünür. Məhz, bir ixtisas seçmələri onların hədəfli, məqsədli biri olduqlarının göstəricisidir. 17-18 yaşdan bir məqsəd uğurunda çalışan gənclərin gələcəyi çox uğurlu olacaq. Ancaq onların belə bir addım atmasında ailə basqısının təsirinin olub-olmamasını bilmirik. Əvvəlki illərdə elə valideynlər var idi ki, övladına BDU-nun Hüquq fakültəsini seçməyi tapşırıb. Nəticədə həmin abituriyyent hədəfə ikinci ildə nail olub. Ümid edirəm ki, burada da vəziyyət eyni cür deyil. Çox ehtimal, onlar Bakı Ali Neft Məktəbində İT əsaslı ixtisaslar seçiblər. Orada isə keçid balları yüksəkdir.Təbii ki, onlar növbəti xanalardakı ixtisasların birinə qəbul ola bilərdilər. Bir sözlə, 90 faiz üniversitetin 99 faiz yerlərində pulsuz təhsil alacaqdılar. Ancaq stiuasiyaya peşəkarcasına yanaşıblar. Əsl tələbələr məhz, onlardır. Həmin abituriyyentləri qınayanları isə qətiyyən anlaya bilmirəm. Günümüzdə 200-300 bal toplayaraq təki universitetdə oxuyum düşüncəsi ilə olanlar kifayət qədərdi və onların həmin tələbələri qınamaları adi haldır. Ancaq həmin abituriyyentlər daha üst səviyyədilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial