İbri dilini tədris edən məktəbin fəaliyyəti bərpa olundu
10:51 24.09.2021
Elm və Təhsil
679
2021-2022-ci tədris ilindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 152 və 172 nömrəli tam orta məktəb fəaliyyətə başlayıb.
İdarədən verilən məlumata görə, təhsil nazirinin aprelin 19-da imzaladığı əmrə əsasən 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib.
Həmin tarixdən etibarən “Xabad-Or-Avner” məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.
Məktəbdə digər fənlərlə yanaşı, “Yəhudi mədəniyyətinin əsasları”, “Yəhudi xalqının tarixi” də öyrədilir və ikinci xarici dil kimi ibri dili (ivrit dili) tədris edilir.
Müasir tələblərə uyğun inşa edilmiş məktəb üçmərtəbəli kompleksdən ibarətdir. Məktəbdə yeməkxana, idman zalı və meydançası, fənn kabinetləri, kompüter otaqları fəaliyyət göstərir və tədris ocağı müasir avadanlıqlarla təchiz edilib.
Təhsil nazirinin mayın 31-də imzaladığı daha bir əmrinə əsasən 172 nömrəli tam orta məktəbin də fəaliyyəti bərpa olunub. Üçmərtəbəli kompleksdən ibarət müasir standartlara cavab verən təhsil müəssisəsində yeməkxana, kitabxana, idman zalı, texnologiya kabinetləri, məktəbəqədər hazırlıq otaqları, həkim otağı, informatika kabinetləri, kompüterlərlə təchiz olunmuş oxu zalı, akt zalı, fənn kabinetləri, hərbi hazırlıq otağı fəaliyyət göstərir.
Qeyd edək ki, yeni tədris ilində paytaxtda ehtiyac olan ərazilərdə 5 yeni məktəbin tikintisi tamamlanıb, 3 yeni məktəbin tikintisi davam edir. Eyni zamanda 74 məktəbdə cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi