Kamran Əsədov: "Mühəndislərimiz çoxdur, amma…”
Yusif Sultanoğlu
13:30 09.11.2023
Elm və Təhsil
833
Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında təhsillə bağlı da mühüm məsələlərə toxunulub.
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib ki, Azərbaycan təhsil sistemi bu gün ölkə iqtisadiyyatının ehtiyacları ilə uyğun gəlmir. Millət vəkili fikrini bu cür əsaslandırıb: “Bizim universitetlərdə beynəlxalq münasibətlər və beynəlxalq hüquq ən populyar sahələrdir. Məgər Azərbaycanın bu qədər diplomata ehtiyacı var?! Bizim daha çox ehtiyacımız mühəndis və kənd təsərrüfatı istiqamətində olan ixtisaslaradır. Bu məsələlərə ciddi baxılmalıdır. Həm ali təhsil, həm də peşə təhsili istiqamətində ciddi işlər görülməlidir".
Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a açıqlamasında qeyd edib ki, hazırda Azərbaycan ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun kadr hazırlığına tam cavab vermir:
"Aparılan tədqiqatlar nəticəsində məlum olur ki, 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. 2023-cü ildə 50 mindən çox tələbəni bakalavr səviyyəsinə qəbul etmişik. Amma məzunların cəmi 42 faizi öz ixtisası üzrə işləyir. Əmək bazarında ehtiyac duyulan ixtisaslar var, biz bunu iki kateqoriyaya bölürük. Həqiqətən də kadr ehtiyacının duyulduğu sahələr və keyfiyyətin yüksəldilməsinin tələb olunduğu sahələr. Məsələn, tibb ixtisasına çox ehtiyacımız var, amma daha az qəbul həyata keçiririk. Bu il tibb ixtisası üzrə 1100 qəbul həyata keçirilib. Amma ölkədə hər 1000 nəfərə düşən tibb işçilərinin sayı 35 nəfərdir. Bu, çox azdır. Lakin müəllimlik ixtisası üzrə kadr sayı çoxdur, amma bizə daha yaxşıları lazımdır. Beynəlxalq münasibətlər ixtisası da həmçinin. Yaxşı kadr hazırlayan ali məktəblər də var, lakin məzunları iş tapmaqda çətinlik çəkirlər. BDU məzunları beynəlxalq münasibətlər ixtisası üzrə daha çox uğur qazanırlar. Təkcə 2023-cü ildə bu ixtisasda ingilis dilində tədris üzrə 30 qəbul həyata keçirilib, Azərbaycan dilində tədris üzrə 100 qəbul həyata keçirilib".
K.Əsədov bildirib ki, Azərbaycanda uzun illərdir beynəlxalq hüquq üzrə kadr hazırlığı həyata keçirilmir:
"Yalnız hüquqşünaslıq ixtisası var, beynəlxalq hüquq yoxdur. Beynəlxalq münasibətlər ixtisası üzrə isə həm dövlət, həm də özəl ali məktəblərdə qəbul həyata keçirilir. Lakin məzunların heç də hamısı diplomatiya sahəsinə yönəlmir, özəl şirkətlərdə, dövlət müəssisələrində çalışırlar. Yəni bu ixtisasın istiqaməti təkcə diplomatiya, səfirliklər, konsulluqlar deyil".
Ekspert onu da əlavə edib ki, mühəndisə ehtiyacımız var, eyni zamanda sayları da kifayət qədərdir. Lakin bizə əmək bazarının tələbinə cavab verən mühəndislər lazımdır:
"Nə qədər mühəndis hazırlasaq da zavod və fabriklərin sayı yetərli deyil. Məsələn, elektrik, elektronika, energetika, cihaz, logistika, qida mühəndislərinə daha çox ehtiyac var, amma ekologiya, material, meliorasiya mühəndislərinə ehtiyac yoxdur. Bu ixtisaslar qruplaşdırılmalıdır, hansına daha çox ehtiyac varsa, həmin sahə üzrə kadrlar hazırlanmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm