Kitabların eşqinə...
Yusif Nəzərli
08:24 05.10.2021
Elm və Təhsil
484
Şahbaz Xuduoğlu çantasını kürəyinə taxıb küçə-küçə dolaşdı
"Kitab azadlıqdır. Sənət azadlıqdır. Qalib və azad insanları sərgiyə dəvət edirəm"
“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu Milli Kitab Satış-Sərgisinin flyerlərini – proqramını küçə-küçə dolaşaraq paylayıb. Və deyir ki, bu işi böyük zövqlə həyata keçirib. Gör neçə vaxtdır belə bir sərginin yolunu gözləyirdik... Qeyd edək ki, oktyabrın 1-dən Əl Oyunları Sarayında Milli Kitab Satış-Sərgisi keçirilir. Sərgi oktyabrın 10-dək davam edəcək.
Bu haqda naşir Şahbaz Xuduoğlu sosial şəbəkədə maraqlı paylaşımlar edib. Küçəbəküçə dolaşıb proqram paylamaq bir yana, sosial şəbəkədə üzərindən etdiyi paylaşımlar vasitəsilə də insanlarımızı satış-sərgiyə cəlb etməyə çalışıb. Və deyəsən, alınıb: “Bu gün əsas işim küçələrdə, metro çıxışlarında Milli Kitab Satış Sərgisi haqqında flyerləri paylamaqdır. Əhvalımız əladır. Çünki sərgimizi gözləyən minlərlə oxucu var. Bakı Əl Oyunları Sarayında yolunuzu gözləyirəm”.
Ş.Xuduoğlu qeyd edib ki, ilk dəfədir Milli Kitab Satış Sərgisi təşkil edilir. Bu, çox uğurlu alındı: “Kitaba, kitabsevər insanlara dəstək verməliyik. Kitab azadlıqdır. Sənət azadlıqdır. Qalib və azad insanları sərgiyə dəvət edirəm” çağırışının ardından Ş.Xuduoğlu bunları qeyd edib:
- Hörmətli Təhsil işçiləri, müəllim və tələbələr.
Sizin hamınızı Milli kitab satış sərgisinə dəvət edirəm!
Bakı İdman Sarayında (Azneft meydanının yanı), Milli Kitab Satış Sərgisi davam edir. Bu sərgiyə əlliyə qədər nəşriyyat, kitabçı, əl işlərini nümayiş etdirən sənətkarlar qatılıb. Oktyabrın 10-nadək davam edəcək.
Sərgidə kitab və mədəniyyət sahəsində aktual məsələlərə həsr edilən müzakirə panelləri də təşkil edilib. Yazıçılarla görüş və imza saatları, müxtəlif konsert proqramı sərgiyə xüsusi hava qatıb.
Bütün yaşlar üçün (0 dan başlayaraq), minlərlə kitab böyük endirimlərlə (70%-dək) satışa çıxarılıb; öz dilimizdən başqa rus, ingilis, türkcə təzə və ikinci əl kitabları hər qiymətə (hətta 1 manata) almaq olur. Məktəblilərə aid olan ləvazimatlar da endirimlərlə satılır.
Uzun sürən qapanmadan sonra belə bir sərgidə iştirak etmək bayram kimidir.
Sərgidə çoxlu sayda könüllü gənc çalışır.
Bu işə məktəblərin yuxarı sinif şagirdləri də qatılıb. Ünsiyyət qurmaq, yardımlaşmaq, cəmiyyəti, insanları yaxından hiss etmək üçün könüllü olmağın böyük faydası var.
İstərdim ki, mənim bu müraciətim Təhsil ocaqlarına, Təhsil işçilərinə çatsın, həftənin bir gününü şagird və tələbələrlə birlikdə satış sərgimizi ziyarət etsinlər. Bu əyani dərs onların həyatında əbədi iz qoyacaq.
Sonra qeyd edək ki, Milli Kitab Satış-Sərgisi paytaxtdan sonra bölgələrdə də keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi