Dünən axşam saatlarında Qazax rayonunda müşahidə olunan küləkli hava şəraiti Daş Salahlı kəndində məktəb binasına ziyan vurub.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Şahin Cəbiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının giriş hissəsində bir neçə aqlay daşı aşınaraq qopub.
Təhsil ocağına giriş müvəqqəti bağlanıb və alternativ imkanlardann istifadə olunur.
Tədris prosesi isə dayanmayıb.