Magistr imtahanına GMAT əlavə olunur? - Bu asanlaşdırma yox, çətinləşdirmədir
Fidan Həmişəyeva
13:58 03.12.2019
Elm və Təhsil
1331
Təhsil naziri Ceyhun Bayramov magistraturaya qəbulun sadələşdirildiyini bildirib. Nazir qeyd edib ki, perspektivli gənclərin elmə daha aktiv cəlb edilməsi məqsədilə magistraturaya qəbul prosesinin sadələşdirilməsi və əksər ixtisaslar üzrə qəbulun bir mərhələli keçirilməsi, eləcə də, bu səviyyədə qəbul zamanı müvafiq ixtisaslar üzrə tələbə qəbulunun sayı ilə bağlı məhdudiyyətin aradan qaldırılması üçün ali təhsil müəssisələri ilə müzakirələr yekunlaşıb.
Onun sözlərinə görə, hazırlanmış təkliflər layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov Sherg.az-a açıqlamasına görə, 10 ildən çoxdur ki, magistraturaya qəbul imtahanları iki mərhələdə keçirilir:
“Birinci mərhələdə bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir. İki mərhələnin cəmində toplanılan maksimum bal 150-dir. İndi məlumat gəzir ki, DİM II mərhələni, yəni bakalavrların ixtisas bilgilərininin yoxlanıldığı hissəni ləğv edib, ancaq bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanıldığı və əlavə olaraq GMAT (Graduate Management Admission Test) əlavə olunub. İmtahanlar fevral ayında yox, bir mərhələdən ibarət olaraq may ayında keçiriləcək. Deyim ki, beynəlxaq təcrübədə bu var. Belə ki, Amerika Birləşmiş Ştatlarında magistr (MBA) və iqtisadiyyat üzrə doktorantura dərəcələrində təhsil almaq istəyənlər GMAT imtahanından keçməlidir. Amma bizim ali təhsil müəssisələrində ixtisasları üzrə normal tədris həyata keçirilmir, o ki, qaldı GMAT üzrə olsun. İkincisi də, bu bakalavrları hazırlıq kurslarına, repititorluğa yönəltməkdir. Ali təhsil müəssisələrində tədris olunmayan, öyrədilməyən, verilməyən bilik və bacarıqlardan imtahan keçirmək fəsad yarada bilər”.
Ekspert bildirib ki, 3 il əvvəl ilə müqayisədə magistr təhsili almaq istəyənlərin sayı 50 faiz azalıb, insanlar kütləvi şəkildə xarici ölkələrdə təhsil almağa gedir:
“Qəbulu çətinləşdirdikcə, bu prosesə daha çox təkan vermiş oluruq. Deməli, GMAT üç əsas bölümdən ibarətdir: Oxuma (verbal) biliklər, riyazi (quantitative) biliklər və analitik yazı (analytical writing) biliklər. Ölkədə fəaliyyət göstərən 50 universitetdən hansında bu biliklər verilir? Digər tərəfdən isə, GMAT imtahanı hazırda yalnız MBA proqramı üçün daha da məşhurdur və dünyanın ən reytinqli universitetləri MBA üçün bu imtahandan yüksək nəticə tələb edirlər. Təkcə Amerika deyil, eyni zamanda bir çox ölkələrin güclü universitetləri bunu tələb edir. Yəni, bütün ixtisaslar üzrə GMAT imtahanı keçirmək absurd və mənasızdır”.
K.Əsədov qeyd edib ki, bu gün ölkəmizdə ixtisaslı kadrların çatışmazlığı var:
“Çünki bakalavrlar 4 il ərzində tədris proqramlarını yaxşı öyrənmir, oxumurlar. Heç olmasa magistr imtahanının ikinci mərhələsinə hazırlaşmaq üçün ixtisasları üzrə kitab oxuyurlar. Bizə ixtisasını və xarici dili bilən kadrlar lazımdır”.
Ekspertin fikrincə, təhsilin əlçatımlılığının təmin olunması üçün magistr imtahanları sadələşdirilməlidir:
“Amma daha bunu ixtisas imtahanını ləğv etmək ilə həyata keçirmək olmaz. Bu gün onsuz da elmə gələn gənclərin sayı kəskin şəkildə azalıb. Səbəbi əlbəttə ki, bir mərhələdən digərinə keçiddə maneələr, əmək haqqının azlığıdır. Bakalavrların təhsil aldığı müddətdə əldə etdikləri nəticələrin, ortalama balın magistr imtahanında nəzərə alınması yaxşı hal olar. Amma etiraf edək ki, bəzi hallarda o qiymətlər obyektivliyi əks etdirmir. Hesab edirəm ki, magistr imtahanları sadələşdirilməlidir, yalnız ixtisas və xarici dildən imtahan keçirilməlidir. Məntiqdən ona görə imtahan olmamalıdır ki, hazırda imtahanda istifadə olunan məntiq test tapşırığı bakalavrların məntiqi düşüncəsini yox, riyazi biliyini yoxlayır. Riyaziyyat üzrə magistr imtahanı verən ilə, tarix üzrə magistr imtahanı verənə eyni məntiq test tapşırığı təqdim etmək yanlışdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya