Məktəbdə növbəti biabırçılıq: Direktor şagirdləri çubuqla döydü  - VİDEO


Azərbaycanda daha bir direktor şagirdləri döyüb. 

Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Şükürova sinifdə şagirdləri çubuqla döyüb. 

Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın da bir müddət əvvəl təhsil ocağında şagirdləri döyməsi barədə məlumat yayılmışdı.

Həmin görüntüləri təqdim edirik: