Müəllimlərlə bağlı yeni layihə hazırlanıb
06:59 17.04.2021
Elm və Təhsil
507
Bunun sayəsində iştirakçılar artıq rahatlıqla imtahana hazırlaşa biləcəklər
Təhsil İnstitutu müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsini müəyyən edən sənədlər toplusu hazırlayıb. Təhsil Nazirliyindən verilən məlumata görə, sənədlər toplusu ümumi və tam orta təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub. Həmin sənədlər 19 fənni, ibtidai sinif, metodika və pedaqogikanı əhatə edən məlumat kitabçasında öz əksini tapıb.
Məlumat kitabçasında hər fənn üzrə qiymətləndirmənin əsas məzmun sahələri və bu sahələr üzrə istifadə olunacaq tapşırıqların sayı göstərilib, iddiaçıların müsabiqəyə hazırlığına yardım etmək üçün müxtəlif fənlər üzrə əsas mövzular verilib. Bu, həm müsabiqə iştirakçılarını test tapşırıqlarının informasiya mənbəyi ilə tanış etmək, həm də onların fənnin tədrisi üçün zəruri olan nəzəri və praktiki bacarıqlarını yoxlamaq, mövcud dərsliklərdəki mövzuları bilmə, mənimsəmə səviyyəsini ölçmək məqsədini daşıyır.
Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, müəllimlərlə bağlı hazırlanan yeni layihə sayəsində iştirakçılar artıq rahatlıqla imtahana hazırlaşa biləcəklər. Ekspertin sözlərinə görə, hazırlanan yeni layihənin bir çox üstünlükləri var:
"Qeyd edim ki, 2013-2019-cu illərdə ixtisas bilikləri məntiqi, düşünmə təfəkkürü və kurikulumla yoxlanılırdı. Amma 2020-ci ildən etibarən bir sıra dəyişiklik edildi. Yalnız imtahan iştirakçılarının bilikləri, eyni zamanda kurikulum bilikləri yoxlanıldı. Bu ildən Təhsil Nazirliyi tamamilə prosesi şəffaflaşdırdı və öncədən ədəbiyyat siyahısında olan proqramları müəyyənləşdirdi. Belə ki, imtahan verəcək şəxslərə artıq Təhsil İnstitutu tərəfindən düşəcək suallar və mövzular tam açıq şəkildə verilib. Beləliklə, iştirakçılar imtahanlara artıq rahatlıqla hazırlaşa biləcəklər".
K.Əsədov əlavə edib ki, burada sualların cavabları da, sualların hansı səpkidə seçilməsi də öz həllini tapıb:
"Həmçinin, imtahanda təqdim ediləcək sualların sayı, mövzular arasında bölünməsi və ağırlıq səviyyəsi də tam öz əksini tapıb. Burada milli qiymətləndirmədə test tapşırıqlarının ağırlıq səviyyəsinə görə bərabər səviyyədə qiymətləndirmə prinsipi əsas götürülür. Məhz bu gün Təhsil İnstitutu tərəfindən təqdim edilən yenilik proqramların, yəni hansı mövzuda test tapşırıqları təqdim ediləcək və tam şəkildə onların açıqlamasından ibarətdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm