
Mütərəqqi təhsil standartları ilə uyğunlaşa bilmirik
Yusif Nəzərli
07:38 26.04.2024
Elm və Təhsil
670
Finlandiya təcrübəsini belə gətirib orta məktəblərimizdə tətbiq etsək, nəticə indikindən daha pis olacaq
Polşada ibtidai və orta məktəb şagirdləri üçün məcburi ev tapşırığı ləğv edilib.
“Euronews”un məlumatına görə, bununla bağlı Polşanın Baş naziri Donald Tusk açıqlama verib. Tusk qeyd edib ki, Polşa məktəblərində 1-3-cü sinif şagirdləri incə motor bacarıqlarının inkişafı üçün tapşırıqlar istisna olmaqla, ev tapşırığından azad edilir, 4-8-ci siniflər üçün isə ev tapşırığı artıq məcburi deyil və qiymət verilmir. Nazirin sözlərinə görə, məktəblilər üçün ev tapşırığı ilə bağlı yeni qaydalar şagirdlərin xüsusilə həftə sonu ev tapşırıqları kontekstində şikayəti ilə əlaqədar olaraq qəbul edilib. Qeyd edək ki, bəzi valideynlər və müəllimlər uşaqlarının ev tapşırıqlarından azad olunmasından narahatlıq hissi keçirirlər.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə “Sherg.az"a açıqlamasında deyib ki, hər bir ölkənin spesifik mental, coğrafi xüsusiyyətləri var. Təhsil prosesində də bunlar mütləq nəzərə alınmalıdır:

“Skandinaviya ölkələrində şagirdlərin istirahətinə toxunmurlar. Onlar yalnız tədris prosesində uşaqlara tapşırıq verirlər.
Finlandiyalı şagirdlər məktəbdə az vaxt keçirirlər, daha az ev tapşırığı yerinə yetirirlər, ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər. Çünki Finlandiyanın təhsil sistemində əsas konsepsiya etibardır.
Valideynlər məktəblərin düzgün qərarlar verdiyinə və dərs günü ərzində uşaqlara yaxşı təhsil verdiyinə inanırlar. Məktəblərsə öz müəllimlərinin keyfiyyətinə etibar edirlər”.
Polşada tətbiq olunan sistemin bizdə də tətbiqi məsələsinə gəldikdə isə N.Qulamoğlu deyib ki, ölkələr ömürlük yaratdıqları məktəb sistemləri ilə yaşamağa məhkumdurlar. Əks təqdirdə tətbiq edilən yeniliklər gözlənilən effekt vermir: “Azərbaycanın təhsil standartları da aparıcı ölkələrin təhsil standartları ilə uyğunlaşa bilmir. Həmişə deyirəm ki, Finlandiya təcrübəsini belə gətirib orta məktəblərimizdə tətbiq etsək, nəticə indikindən daha pis olacaq. Biz təhsilin inkişafına öz standartlarımız çərçivəsində nail olmalıyıq.
Düzdür, ölkəmizdə təhsil alanların miqyası çox geniş deyil. Amma bir fakt var ki, Azərbaycanda təhsil almaq istəyən, təhsil üçün əmək sərf edən uşaqların bilik səviyyəsi kifayət qədər yüksəkdir. Bunu uzunmüddətli pedaqoji fəaliyyətimə istinad edərək deyirəm. Səbəb isə odur ki, bizim uşaqlar, daha doğrusu, oxuyan uşaqlar gecə-gündüz çalışırlar. Hər gün az, ya çox müddətdə zehni işlə məşğul olurlar. Fikrimcə, şagirdlər dərs oxumaq, zehni əməklə məşğul olmaq üçün nə qədər vaxt imkan varsa, maksimum yararlanmalıdırlar. Demirəm uşaqlar istirahət etməsin. Amma 24 saatın 1-2 saatını evdə zehni əməklə məşğul olmaq onların istirahətini, psixologiyasını pozmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pəhləvilərin geri dönüş planı yenidən gündəmdədir, amma... - ŞƏRH
21:04 18.03.2026
Gündəm
Vens seçkilərdə Viktor Orbana dəstək üçün Macarıstana gedəcək
20:58 18.03.2026
Dünya
Gürcüstanın yeni Patriarxı məlum oldu
20:46 18.03.2026
Cənubi Qafqaz
İran rejimi üçün geri addım hüquqi fəlakət deməkdir - ŞƏRH
20:34 18.03.2026
Siyasət
Hörmüzün açılması üçün NATO müzakirə aparır - Rutte
20:20 18.03.2026
Dünya
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
19:47 18.03.2026
Cəmiyyət
Zaxarova Paşinyanı Aİ ilə bağlı mövqeyinə görə tənqid edib
19:33 18.03.2026
Region
Dünyanın ən böyük qaz yatağına zərbələr qazın qiymətini yüksəltdi
19:13 18.03.2026
Dünya
Prezident Xocavəndin Xanoba kəndində olub - YENİLƏNİB
18:52 18.03.2026
Rəsmi
Vaşinqton “Tramp Marşrutu”nu gündəmdən çıxarır?
18:10 18.03.2026
Cənubi Qafqaz
Mixail Zabelin “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu
17:48 18.03.2026
Gündəm
Qazaxıstanda ailə məsələləri üzrə ombudsman institutu yaradılıb
17:32 18.03.2026
Dünya
Təqaüdçülərin sayı azalır, doğumlar kəskin düşür - AÇIQLAMA
17:20 18.03.2026
Sosial