Nazir: "Dövlət mənim xaricdə təhsil almağıma 130 min dollar xərcləyib"
08:26 01.11.2023
Elm və Təhsil
655
"Yaxşı kadr üçün 10 min avro ödədiyimiz proqramlar var. Misal olaraq, bir dəfə hesablamışdım ki, mənim dövlət hesabına xaricdə təhsil almağım üçün 130 min dollar sərmayə qoyulub. Təşəkkürümü bildirirəm ki, bu sərmayə qoyuldu və mən xaricdə təhsil ala bildim".
"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, elə universitet var ki, bir mühəndisi 1500 manata hazırlayır: "Kompüter mühəndisi isə bu gün ortalama 4000 manata yaxın əməkhaqqı alır. Etiraf edək ki, universitetlərin yanaşması belədir; deyir ki, o vəsaiti versən, sənə o ixtisası verərəm. Bu gün "dünyada rəqabətədavamlı kompüter mühəndisi hazırlamaq neçəyə başa gələr?" sualı daha maraqlıdır".
"Düşünmək lazımdır ki,1500 manata 10 min avro xərc tələb olunan həmin ixtisas üzrə, heç olmasa, ona bərabər və ya yaxşı mühəndis yetişdirmək mümkündürmü?! Hamı buna inanırsa, onda sözümü geri götürürəm. Diplom xatirinə verilən təhsil isə başqa məsələdir. Bu məsələləri açıq şəkildə qorxmadan müzakirə etməliyik. Hamı təhsil almaq istəyir. 1500 manat təhsilhaqqı olsa belə, heç olmasa, həmin şəxs 4 il müddətində bəzi bacarıqlarını inkişaf etdirir", - o əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya