Nazir: “İslahatın gözəl nəticələrini bir neçə ildən sonra görəcəyik”
13:11 22.04.2021
Elm və Təhsil
437
“Təhsil Nazirliyinin kifayət qədər uğurlu nailiyyətləri var, lakin bununla yanaşı qarşımızda həllini gözləyən bir sıra vacib məsələlər də qalmaqdadır”.
"Sherg.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Təhsil İdarəçiliyi beynəlxalq konfransında çıxışı zamanı deyib.
O bildirib ki, uzun illər bundan əvvəl ümumi təhsil demək olar ki, 98-99 faiz uşaq üçün əlçatan olub:
“Ölkəmizdə ümumilikdə 6 yaşlı uşaqların təxminən 92 faizi, müxtəlif illərə görə isə 90 faizindən çoxu məktəbə gedir. Digər uşaqlar arasında bir qədər təhsilə gec qoşulanlar da var. Təhsilin inklüzivliyi məsələsində, xüsusi təhsil imkanları, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması ilə bağlı məsələlərdə isə problemlərimiz qalmaqdadır”.
E.Əmrullayev onu da qeyd edib ki, Nazirlik tərəfindən məktəbəhazırlıq qrupu üzrə olan uşaqların (5 yaşından 6 yaşa qədər olan uşaqların) məktəblərdə təşkil edilmiş məktəbəhazırlıq qruplarına cəlb edilməsi nəticəsində böyük dəyişiklik qeydə alınıb:
“Belə ki, son illərdə bu rəqəm 26 faizdən təxminən 85 faizə qədər artıb. Uşaqlar heç olmasa 1 il hazırlığa cəlb olunurlar. Bu islahatın daha gözəl nəticələrini yəqin ki, bir neçə ildən sonra görəcəyik. Çünki, məhz bir il məktəbəhazırlıqda iştirak ümumilikdə həm əmək bazarının, həm də ayrı-ayrı vətəndaşların vəziyyətinə müsbət təsir edəcək. Amma digər yaş qruplarında, xüsusilə 1-3 yaş qrupunda əhatəliliyimiz 10 faizdən, 3-5 yaş qruplarında isə şəhər yerlərində bu təxminən 30%, kənd yerlərində isə 20 faizdən aşağıdır.
Odur ki, bərabər imkanlar, əlçatanlıq, eləcə də keyfiyyət baxımından məktəbəqədər təhsilin və erkən inkişaf layihələrinin olduqca vacib təsirləri olduğunu görürük. Ailə əsaslı, icma əsaslı məktəbəqədər qrupların inkişafı prioritet məsələ hesab olunmalıdır.
Onu da qeyd edim ki, son illərdə Nazirlik tərəfindən daha bir layihə də icra edilir. Bu gün 3-5 yaş qrupuna daxil olan təxminən 10 minə qədər uşaq müxtəlif icma əsaslı məktəbəqədər təhsilə cəlb edilib. Düşünürəm ki, bu yeni layihənin də Azərbaycan təhsilinə böyük təsirləri olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın qızının maaşı yenidən müzakirə olunur
20:32 04.02.2026
Region
Si Cinpin Trampla İranı müzakirə edib - YENİLƏNİB
20:17 04.02.2026
Dünya
"Traktor" Qətər klubu ilə qarşılaşacaq
20:05 04.02.2026
Futbol
Rusiya hərbi nümayəndə heyəti Suriyaya gedib
19:42 04.02.2026
Dünya
“Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır
19:30 04.02.2026
Media
Ürək köçürülməsi tarixi uğurdur, ancaq... - TƏHLİL
19:24 04.02.2026
Sağlamlıq
Türkiyə Rusiyanı Suriyadan uzaqlaşdırır - Uilson
19:22 04.02.2026
Dünya
Media buraxılmırsa, deməli ciddi razılaşma yaxındır - Ekspert
19:08 04.02.2026
Gündəm
Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi artırırıq
18:37 04.02.2026
Dünya
Son 4 ayda 4 rekord: Mask dünyada ilkə imza atdı
18:24 04.02.2026
Dünya
Türkiyə üçün Pəhləvinin önə çıxarılması risklidir - RƏY
18:19 04.02.2026
Gündəm
Mehriban Ələkbərzadəyə vəzifə verildi
17:42 04.02.2026
Media
“Sərhəddə gərginlik yox, sülh üstünlükdədir” - ŞƏRH
17:39 04.02.2026
Gündəm